RSS
 

Login:
Şifrə:
» » Avropa Şurasından Azərbaycana qarşı ikili mövqe

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Avropa Şurasından Azərbaycana qarşı ikili mövqe

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-01-2016, 12:41 | Şərh sayı: (0) | Baxılıb: 244

Avropa Şurasından Azərbaycana qarşı ikili mövqe


Avropa Şurasından Azərbaycana qarşı ikili mövqe AŞ PA-nın qış sessiyasında Ermənistanı işğalçı kimi tanıyan Qarabağ qətnaməsi keçmədi - həmsədrlərin çağırışı “bəhrəsini” verdi; Sərsəng su anbarı ilə bağlı sənəd isə “balans” xətrinə qəbul edildi
Zahid Oruc: “Bunu ermənilərin deyil, Qərbin aktivinə yazmaq lazımdır”
AŞ PA-nın qış sessiyasının ikinci iş günündə britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat qəbul olunmayıb. Plenar iclasda gözlənildiyi kimi, Azərbaycanla bağlı iki sənəd müzakirəyə çıxarılıb.

Bunlardan biri Robert Valterin hazırladığı, digəri isə Sosial məsələlər komitəsi adından Bosniya və Herseqovinadan olanı parlamentar Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabatları olub. APA -nın məlumatına görə, məruzəçi Valterin deputat mandatının vaxtı bitdiyindən, o, hazırda assambleyada təmsil olunmur və hesabatı prosedura uyğun olaraq komitənin sədri, Sosialist qrupunun üzvü, danimarkalı Mogen Yensen təqdim edib.

Erməni tərəfi gözlənildiyi kimi, bu hesabatın təsdiqlənməsinə müqavimət göstərib və sənədin baxılması üçün yenidən komitəyə qaytarılmasını istəyib. Onların əsas arqumentləri məruzəçi R. Valterin assambleyada olmaması, hesabatı hazırlayarkən onun Ermənistan və Dağlıq Qarabağa səfər etməməsi və sənədin bir tərəfin mövqeyini əks etdirməsidir. Eyni zamanda ermənilər və onların assambleyadakı tərəfdarları ATƏT -in Minsk Qrupunun bu yaxınlarda verdikləri bəyanatı xatırladaraq hesabatın assambleyada müzakirə edilməsinə öz etirazlarını bildiriblər.

Sonra xanım Militsa Markoviç “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı məruzəsini təqdim edib. İspaniyalı deputat Yordi Çukla AŞ PA məruzəçilərinin Ermənistana və Dağlıq Qarabağa buraxılmamasının yolverilməz olduğunu vurğulayıb: “Biz burada Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi ilə bağlı danışmırıq. Burada spesifik mövzudan - şiddətin artması mövzusundan, onun siyasi, sosial nəticələrindən danışırıq. Bu müzakirədə əsas mövzu orada yaşayan insanların sudan məhrum edilməsidir. Bəzən suyun Afrikada, Orta Asiyada müharibə səbəbi olmasından danışırıq. Şəxsən deməliyəm ki, Minsk Qrupunun məktubunu alanda çox təəccübləndim. Bu məktubun zarafat və ya saxta bir məktub olduğunu fikirləşdim. Bu, AŞ PA -nın səylərini nəzərə almayan bir məktubdur”.

Deputatların çıxışlarından sonra söz alan məruzəçi Militsa Markoviç ermənilərin arqumentlərinə cavab verərək, onların hesabatda “Dağlıq Qarabağın işğal edilməsi” termininə etirazlarının əsassız olduğunu bildirib və Azərbaycan ərazilərinin işğal edilməsi faktı ilə bağlı AŞ PA tərəfindən qətnamə qəbul olunduğunu deyib. Müzakirələrin yekununda qətnamə layihəsi səsə qoyulub və lehinə 66, əleyhinə 70 nəfər olmaqla keçməyib. Militsa Markoviçin müəllifi olduğu “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı məruzəsi isə 98 deputat lehinə, 71 deputat əleyhinə olmaqla qəbul edilib.

Təbii ki, beynəlxalq təşkilatlarda qəbul olunan hər bir sənəd Azərbaycanın uğurudur. Ancaq ölkəmiz üçün “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamənin qəbulu daha çox əhəmiyyət kəsb edirdi. Çünki bu sənəddə işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi zərurətindən bəhs edilirdi ki, bu da BMT Təhlükəsizlik Şurasının qətnamələrinin növbəti dəfə təsdiqi, Ermənistanın təcavüzkarlığının bəyan olunması demək idi. Elə Ermənistan da bu sənədin qəbul olunmaması üçün çox çalışmışdı. Üstəlik, sessiya ərəfəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri qətnamə layihəsinə görə AŞ PA-ya etiraz bəyanatı yaydı və bununla da işğalçıya bəraət qazandıran mövqe nümayiş etdirdi.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a AŞ PA-dakı müzakirələrin yekunlarını şərh edərkən bunları bildirdi: “Avropa Şurasının növbəti antierməni qətnaməsini qəbul etməməsi Azərbaycanın siyasi və hərbi mövqelərinin bundan sonrakı güclənmiş dövrdə idarəolunmaz səviyyəyə gəlib çatmasına olan ehtiyatdan irəli gəlir. Doğrudur, nümayəndə heyətimiz və avroparlamentarilərin mənsub olduğu ölkələrdəki diplomatik nümayəndəliklərimizin hamısı bu məsələ üzrə qüvvələrini səfərbər etməyə çalışmışdılar. Lakin ən təsirli dayağımızı yenə də əvvəlki illərdə qazandığımız deputatlar oldu. Ona görə də Avropa Şurası Minsk üçlüyünün sifarişini çox asanlıqla yerinə yetirərək Azərbaycanı danışıqlar masasına əyləşdirmək üçün təzyiq etdilər”.



Z.Oruca görə, qətnamənin qəbul olunmamasını ermənilərin deyil, Qərbin aktivinə yazmaq lazımdır: “Çünki Bern danışıqları faktiki olaraq sülh prosesinin ortadan qalxdığını ortaya qoydu və təsadüfi deyil ki, Rusiya İranın Qarabağ danışıqlarına potensial namizdəliyini yetişdirmək üçün fəal addımlara başlayıb”.

Belə yanaşmalar var ki, ermənilərin təbliğatı, yaxud Minsk Qrupunun təsiri ilə yanaşı, Azərbaycanın siyasi məhbuslarla bağlı addım atmaması, çağırışları dəyərləndirib bəzi şəxsləri azad etməməsi də AŞ PA-dakı nəticəyə təsir göstərib. Bu yanaşma ilə razılaşmaq olarmı?

Z.Oruc bu arqumenti qəbul etmir: “Söhbət məhbuslar və ya daxili məsələlərlə bağlı deyil. Hətta burada Amerika-Azərbaycan münasibətlərinin mənfi izlərini də axtarmağa dəyməz. Əslində son qərar şuranın əvvəlki qərarlarından geri çəkilməsi sayıla bilər, lakin indi Qərb hər vəchlə rəsmi Bakını regionla bağlı planlarına qaytarmaq istəyir və belə görünür ki, Strasbursqda hələ də köhnə dövrün geoplitikası üzərində qərarlar verilir. Halbuki indi çox böyük entuziazmla beynəlxalq siyasi-iqtisadi həyata qayıdan İran Cənubi Qafqazın geopolotikasını dəyişdirmək üçün fəal hazırlıqlara başlayıb və avropalılar yaxın zamanlarda ona şahidi olacaqlar ki, Tehran Bakıya yeni Qarabağ planı ilə təşrif buyurub. Bax, onda avroparlamentarilərin davranışları və hazırkı qrup, yaxud konspirativ maraqları dəyişəcək”.



Sessiyanın iştirakçısı, deputat Fazil Mustafa qəzetimizə dedi ki, məsələnin siyasi məhbuslarla hər hansı əlaqəsi yoxdur: “Sırf ermənilərin dəstəklənməsi faktoru ilə bağlı olduğunu dəqiq söyləmək olar”.



Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, əslində bu sənədlərin qəbulu belə, Dağlıq Qarabağ ətrafında situiasiyanı dəyişmir: “Ona qalsa, AŞPA-dan da güclü 4 BMT qətnaməsi var, ancaq bu sənədlərin varlığı belə mövcud duruma təsir etmir. Əsas böyük dövlətlərin Ermənistana təsir imkanlarını hərəkətə gətirməsidir ki, o yoxdur”. Ekspert qeyd etdi ki, Volterin məruzəsinin qəbul olunmamasının ilk səbəbi həmsədrlərin AŞ PA-ya təzyiqidir: “Ancaq qətnamənin qəbul olunmamasının ikinci səbəbi də var, bu da Azərbaycan XİN-in yarıtmaz fəaliyyətidir. Ermənistanın xarici işlər naziri və müavini az qala Avropa ölkələrinin hər birinin xarici işlər nazirinə şəxsən zəng edərək, AŞ PA-da qətnamələrin qəbul olunmaması üçün deputatlarına təsir etməyə çağırdı, üstəgəl, Avropadakı erməni lobbisi də təzyiqlərini artırdı. Bəs bizim XİN bu müddətdə nə etdi? Qətnamələrin taleyi yalnız bu sənədləri hazırlayan azərbaycanlı bir neçə deputatın işi oldu, lobbiçiliklə yalnız bir neçə nəfər məşğul oldu, onlara Avropa ölkələrindəki səfirlərimizdən ciddi dəstək verilmədi, hətta səfirlərimizdən biri açıq deyibmiş ki, ”mən bu haqda xarici işlər nazirindən təlimat almamışam, ona görə də sizə kömək edə bilmərəm". Elə bil ki, səfirin “kömək edə bilmərəm” ifadəsi xalqa və dövlətə deyil, deputatın özünə lazımdır. Bu XİN-lə və bu cür düçüncəli səfirlərlə uzağa gedə bilmərik".

Dəfələrlə cəhd göstərsək də, XİN-in mətbuat xidmətindən məsələyə münasibət öyrənə bilmədik.

musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor