ABŞ Dövlət Departamenti: Türkiyəyə qarşı irəli sürülən ittihamlar əsassızdır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 15:54 | Şərh sayı: (0) | Baxılıb: 149
ABŞ Dövlət Departamenti: Türkiyəyə qarşı irəli sürülən ittihamlar əsassızdır
İsrailin Türkiyəyə qarşı İŞİD-lə bağlı irəli sürdüyü ittihamlar əsassızdır.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bəyan edib.
“Türkiyənin İŞİD-lə neft alveri etməsinə dair iddialar və ittihamlar əsassızdır. Biz bununla razı deyilik. Əvvəla, iqtisadi cəhətdən buna lüzum yoxdur. İkincisi, Türkiyəyə qarşı irəli sürülən bütün ittihamlarla bağlı heç bir sübut, dəlil yoxdur”, deyə M.Toner bildirib.
Bundan əvvəl İsrailin müdafiə naziri Moşe Yaalon bəyan etmişdi ki, Türkiyə Yaxın Şərqdə terrorçuluqla mübarizədə iştirak etmir və İŞİD qruplaşması ilə neft alveri edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər