Şeyx Nimr barəsində deyilən ittihamlar inandırıcı deyil və Ərəbistan bu barədə dəlil-sübut göstərməyib! |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 19:35 | Şərh sayı: (0) | Baxılıb: 549
Şeyx Nimr barəsində deyilən ittihamlar inandırıcı deyil və Ərəbistan bu barədə dəlil-sübut göstərməyib!
Ban Ki-Moon Ayətullah Şeyx Nimrin edam olunması barədə nigaran və mütəssif olduğunu vurğuladı.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "routerz" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Ban Ki-Moon (BMT-nin baş katibi) Ayətullah Şeyx Nimr Baqir Nimrin və başqa 46 nəfərin edam olunması barədə nigaran və mütəssif olduğunu vurğulayaraq və insanları səbr və hövsələyə və hər hansı yersiz bir reaksiya göstərməməyə səsləyərək dedi: Şeyx Nimr və digər 46 nəfəri bir halda edam etdilər ki, onlara vurulan ittihamların mahiyyəti məlum deyildi və bu barədə şübhələr var.
Ban Ki-Moon (BMT-nin baş katibi) Ayətullah Şeyx Nimr Baqir Nimrin məhkəmə işi barədə Ərəbistan rəsmiləri ilə söhbət etmiş və onlardan istəmişdi ki, edam hökmünü ləğv etsinlər.
Stefan Dujarik (Ban Ki-Moonun sözçüsü) bu haqda deyib: "Şeyx Nimrin və digər məhbusların edam edilməsi bizi məyus etdi. Baş katib bir neçə dəfə Şeyx Nimr məsələsini Səud kralı ilə müzakirə etmişdi. Baş katib edam hökmünün ləğvini ciddi şəkildə istəmişdi. O Səudiyyə Ərəbistanından edam cəzalarının başqa cəzalarla əvəz etməsilə bağlı danışıqlar aparmışdı. Hadisələrin bu istiqamətdə inkişaf etməsi narahatçılıq yaratdı."
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər