ABŞ Rusiyanın Türkiyəyə qarşı iddiasını təkzib etdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-12-2015, 20:07 | Şərh sayı: (0) | Baxılıb: 253
ABŞ Rusiyanın Türkiyəyə qarşı iddiasını təkzib etdi
İŞİD-in nəzarətindəki ərazilərdən Türkiyəyə qaçaqmal yolu ilə çox az miqdarda neft keçirilir. Ixlas.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti yanında energetika məsələləri üzrə koordinator Amos Xoxsteyn bildirib. "Bu satış istər həcm, istərsə də əldə olunan gəlir baxımından çox kiçikdir", - amerikalı rəsmi qeyd edib.
ABŞ hesab edir ki, Rusiya Müdafiə Nazirliyinin nümayiş etdirdiyi, İŞİD-ə məxsus neft daşıyan yük maşınlarının fotoqrafiyalar həqiqidir, lakin avtosisternlər Türkiyəyə yox, Suriyanın başqa rayonlarına yön alıb. Bu barədə Dövlət Departamentinin yüksək çinli nümayəndəsi söyləyib.
Bu arada İran kəşfiyyatı da bənzər fotolara malik olduğunu açıqlamış, lakin yük maşınlarının konkret Türkiyə üçün nəzərdə tutulduğunu bildirməmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər