Rusların Türkiyəyə daha bir iddiası |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-12-2015, 23:44 | Şərh sayı: (0) | Baxılıb: 222
Rusların Türkiyəyə daha bir iddiası
"Türkiyə baş qərargahı Rusiya bombardmançısı "Su-24"ün uçuş rayonunu və vaxtını dəqiq bilirdi".
Ixlas.Az anspress-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, Ankara bu məlumatları ABŞ-dan alıb. "Amerika tərəfinə isə bu informasiya uçuşların təhlükəsizliyi haqqında memoranduma görə məlum olub",- deyə general izah edib.
Qeyd edək ki, noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid "F-16" qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın "SU-24" hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq "SU-24"ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.
Təyyarə böhranından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə Parisdə keçirilən İqlim Dəyişkənliyi konfransı zamanı görüşmək istədiyini dilə gətirmişdi. Lakin Putin Ərdoğanla görüşdən imtina edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər