Sabah 20 Yanvar faciəsinin 26-cı ildönümüdür |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 16:05 | Şərh sayı: (0) | Baxılıb: 239
Sabah 20 Yanvar faciəsinin 26-cı ildönümüdür
Yanvarın 20-də saat 12:00-da paytaxtda bir dəqiqəlik sükut elan ediləcək
Sabah 20 Yanvar faciəsinin 26-cı ildönümüdür. Bu faciəli günün ildönümü ilə bağlı hər il olduğu kimi buildə siyasi partiyalar Şəhidlər Xiyabanını ziyarət edəcək, bir sıra anım tədbirləri keçirəcəklər.
Müsavat Partiyasının başqan müavini Elman Fəttah Şəhidlər Xiyabanını ziyarət edəcəklərini, daha sonra isə mərkəzi qərargahda anım tədbirləri keçirəcəklərini bildirdi: “ Müsavat Partiyası bu il də Şəhidlər Xiyabanını ziyarət edəcək. Bu partiya şəklində olacaq. Partiyanın rəhbərliyi də daxil olmaqla, Müsavat Partiyasının üzvləri saat 13:00-da Elmlər Akademiyası yaxınlığında müəyyən olunmuş yerdə toplaşaraq oradan toplu şəkildə hərəkət edəcək. Biz nəinki siyasi partiyalar, bütün xalqla birlikdə bu ziyarətimizi həyata keçirəcəyik. Bundan sonra partiya qərargahında anım tədbiri olacaq”.
ADP sədri Sərdar Cəlaloğlu xüsusi planlarının olmadığını, hər zaman olduğu kimi kimi Şəhidləri Xiyabanına gedəcəklərini və şəhidlərin məzarlarını ziyarət edəcəklərini bildirdi.
Ümid Partiyasının sədri İqbal Ağazadə də şəhidləri ziyarət edəcəklərini dedi: “Biz partiya olaraq Şəhidlər Xiyabanını ziyarət edəcəyik və anım tədbirimiz də bununla yekunlaşacaq”.
VHP-nin İcra Aparatının rəhbəri Samir Əsədli Şəhidlər Xiyabanını ziyarət etməyin mənəvi borcları olduğunu dedi: “Biz yanvarın 20-si saat 13:00-da Şəhidlər Xiyabanını kollektiv şəkildə ziyarət edəcəyik”.
Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) verilən məlumata görə, 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar xüsusi tədbirlər planı hazırlanıb.
Plana əsasən, yanvarın 20-si səhər saat 07:00-dan axşam saat 18:00-dək Şəhidlər Xiyabanı istiqamətində Parlament prospekti boyu və Mehdi Hüseyn küçəsində Teleteatrdan başlayaraq yollar bağlanacaq. Bu yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Vətəndaşların Şəhidlər Xiyabanını ziyarəti saat 11:00-dan başlayacaq və 19:00-dək davam edəcək.
Yanvarın 20-də saat 12:00-da paytaxtda bir dəqiqəlik sükut elan ediləcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildiriblər ki, Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsində Teleteatr binasının qarşısından, Milli Məclisin inzibati binasının arxa hissəsində İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər