Güclü İran Azərbaycana nə vəd edir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 20:05 | Şərh sayı: (0) | Baxılıb: 239
Güclü İran Azərbaycana nə vəd edir?
Son günlərin ən çox diqqət çəkən xəbərlərindən biri, sözsüz ki, İrana qarşı sanksiyaların götürülməsi haqqında xəbər oldu. Kimi dərhal bunun neft bazarı üçün nəticələrini araşdırmağa girişdi, kimi də hadisədə geosiyasi çalarlar aramağa başladı.
Əvvəlcə onu deyək ki, İran üzərindən sanksiyaların götürlməsi neft bazarı üçün birmənalı nəticələr verəcək – bu ölkənin neft və qaz infrastrukturunu bərpa etmək üçün böyük məsrəflər tələb olunsa da, onun hətta indiki güclə dünya neft bazarına girməsi neftin ucuzlaşmasına səbəb olacaq...
Geosiyasi nəticələrə gəldikdə isə, onlar böyükdür. Bütün hallarda özünün bir qədər ziddiyyətli siyasəti ilə diqqət çəkən bir ölkə dirçəlməyə başlayır. Qərb bundan təbii ki, bir qədər ehtiyatlanır, Rusiya isə İranın timsalında özü üçün müttəfiq görür və bu ölkəni anti - Qərb koalisiyasında gələcək üçün mühüm komponent hesab edir.
Elə bizim üçün də, Azərbaycan üçün də nəticələr birmənalı deyil. İrana qarşı sanksiyaların götürülməsi Azərbaycanı Qərbin diplomatik şərtlərindən xilas etdi – Qərb daima Azərbaycan diplomatiyası qarşısında İranla bağlı şərtlər qoyurdu. Artıq bu şərtlər yoxdur. Amma siyasi quruluş, siyasi sistem fərqləri hələ də qalır: ona görə də Qərb bir əlində kökə, o biri əlində isə qamçı saxlamaqda davam edir...
Azərbaycan üçün də siyasi sistem fərqləri bir elə də az problem deyil – İran ideoloji dövlətdir və özünün siyasi ideologiyasını daima başqa müsəlman dövlətlərinə qəbul etdirməyə cəhd edir. Güman ki, bu cəhdlər qalacaq və Azərbaycanla İranın münasibətlərində qarşılıqlı şübhəlilik elementləri hələ bir müddət müşahidə olunacaq...
Həm də belə bir detal var ki, bəziləri İranın sərbəstləşməsindən sonra onun Ermənistanla əlaqələrinin artacağını proqnozlaşdırır. Amma bu halda Azərbaycan İrana təzyiq edə və onu Dağlıq Qarabağ münaqişəsində daha sərt mövqe tutmağa sövq edə bilər. Bu vaxta qədər İran rəsmiləri deyirdi ki, onlar iqtisadi partnyorları seçməkdə sərbəst deyillər, müəyyən mənada Ermənistan ilə əməkdaşlıq etməyə məcburdurlar...
İndi bu məcburiyyət qalmayıb. İranın iqtisadi partnyorları artıb və o, özünün Ermənistanla əlaqələrinə yenidən baxa bilər...
Amma baxacaqmı? Təəssüf ki, bunu birmənalı şəkildə iddia etmək çətindir. Ona görə ki, bu yaxınlarda, İranın Azərbaycanla tranzit imkanlarını artırmaq istədiyi bir vaxtda başqa xəbərlər də gəldi: məlum oldu ki, İran Ermənistanın üzərindən keçməklə Gürcüstana qaz ixrac etmək niyyətindədir...
Bunun Azərbaycan üçün iki nəticəsi ola bilərdi. Birincisi, İran Azərbaycanın qaz bzarına daxil olmaq istəyirdi. İkincisi, nəticədə Ermənisan tranzit ölkəsinə çevrilərdi...
Doğrusu, gürcülərin bu hərəkəti heç kimin xoşuna gəlmədi. Ən azı ona görə ki, heç kim Gürcüstana Azərbaycandan ucuz qaz satmayacaq. Həm də Azərbaycan sınanmış partnyordur – gürcülərin nə etmək lazım gəldiyini hətta təxmin edə bilmədiyi bir vaxtda Azərbaycan onlara əl uzatmışdı...
İndi ümid edirik ki, bu sevda baş tutmayacaq, İran Gürcüstana qaz verməyəcək, Ermənistan da tranzit ölkəsi olmayacaq. Bir daha ümdi edirik ki, üzərindən sanksiyalar götürülmüş İran Azərbaycan üçün daha sərfəli partnyor olmağa çalışacaq.
Məsəl var, deyir ki, özün üçün birini istəyəndə qonşun üçün ikisini istə... Elə bu səbəbdən də biz İranı daha güclü görməkdən ehtiyat etmirik, baxmayaraq ki, bizim siyasi sistemlər arasında böyük fərqlər, baxmayaraq ki, ortada Cənubi Azərbaycan problemi var...
Bir vaxt rusiyalı politoloqlar yazırdılar ki, onların ölkəsi ayaq üstə durana qədər ətraflarda münaqişələrin olması faydalıdır. Amma münaqişə nə deməkdir? O deməkdir ki, sizin qonşuluğunuzda nəzarət olunmayan ərazi və nəzarət olunmayan güclər var...
Rusiya özü bir vaxt bunun nəticələrini yaşadı – şimali Qafqaz bir cəhənnəmə döndü...
Ona görə də biz maraqlıyıq ki, İran yerində saymasın. Maraqlıyıq ki, İran da ciddi inkişaf etsin. Ölkə ac olanda onun siyasətçiləri də acıqlı olurlar...
Elə bu səbəbdən də bütün geosiyasi nüansları bir tərəfə qoyaraq ümid edirik ki, İranın timsalında Azərbaycan ciddi iqtisadi partnyor qazanacaq, bu ölkə ilə əməkdaşlığın sayəsində bizim də ən azı tranzit və turizm imkanlarımız bir az da artacaq...
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər