İran Azərbaycanı çətin vəziyyətə saldı: Dollar "sürpriz" vəd edir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 20:15 | Şərh sayı: (0) | Baxılıb: 254
İran Azərbaycanı çətin vəziyyətə saldı: Dollar "sürpriz" vəd edir
İran neft istehsalçısı olan ölkələri çətin vəziyyətə qoyub.
Ixlas.Az xəbər verir ki, bazarda Səudiyyə Ərəbistanı ilə rəqabət aparmaq üçün İran neft qiymətlərini aşağı salır. Belə ki, Iran Heavy markalı neft avropalı alıcılara daha ucuz qiymətə təklif ediləcək. OPEK-in səbətində bu neftin hər barreli 23,85 dollar təşkil edir.
İranın Dövlət Neft Şirkəti bu neft üçün 6,55 dollarlıq endirim təklif etmək niyyətindədir. İrana qarşı sanksiyaların götürülməsindən sonra ilk vaxtlar bazara 500 min barrel neft çıxaracağını bəyan edən İran bununla sanksiyaların tətbiqi müddətində itirilmiş mövqelərini bərpa etməyə çalışır.
İranın bu xəbərindən sonra dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması gözlənilir. Artıq Brent markalı neftin hər barreli 28 dollardan aşağı təklif edilir.
Qeyd edək ki, 2015-ci ildə Avropanın bir çox neft şirkətləri, o cümlədən Eni və Total Səudiyyə Ərəbistanından neft almağa başlayıb. İranın yeni qiymətləri bu şirkətləri yenidən İran neftinə həvəsləndirə bilər.
Bu isə digər ölkələrin neftinə olan tələbatın azalmasına gətirib çıxaracaq. Neftin qiymətindəki ucuzlaşmanın dollar və avronun bahalaşacağına yol açacağı da gözlənilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər