Azərbaycan İrana qarşı sanksiyaların ləğvini alqışladı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 14:52 | Şərh sayı: (0) | Baxılıb: 287
Azərbaycan İrana qarşı sanksiyaların ləğvini alqışladı

APA-nın məlumatına görə, bu barədə Azərbaycan XİN-in bəyanatında deyilir. Bəyanatda deyilir ki, Azərbaycan bu irəliləyişin əldə olunmasında bütün tərəflərin nümayiş etdirdikləri qətiyyət və əzmi təqdir edir: “Biz həmçinin, bu nailiyyət münasibətilə dost və qonşu İran xalqını təbrik edir və bu müsbət prosesin Azərbaycan Respublikası və İran İslam Respublikası arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişafına əlavə təkan verəcəyinə əminliyimizi bildiririk”.
Xatırladaq ki, yanvarın 16-dan etibarən 14 iyul 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsinə başlanıb və ABŞ və Avropa İttifaqı İran üzərindən sanksiyaları götürüb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər