RSS
 

Login:
Şifrə:
» » Tehran-Qərb anlaşması: qalib kim, uduzan kim?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Tehran-Qərb anlaşması: qalib kim, uduzan kim?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 15:50 | Şərh sayı: (0) | Baxılıb: 214

Tehran-Qərb anlaşması: qalib kim, uduzan kim?


Tehran-Qərb anlaşması: qalib kim, uduzan kim? Rəsmi Bakı İrana qarşı sanksiyaların götürülməsindən məmnundur; razılaşmanın Azərbaycan dövləti, İrandakı soydaşlarımız və Güney məsələsi üçün də önəmi var...
Politoloq: “Qərb - İran münasibətlərində yeni mərhələnin startı verilsə də, tərəflər arasında problemlər qalır...”


Qərbin İran üzərindən bir sıra sanksiyaları götürməsi dünyanın iqtisadi və siyasi həyatında çox ciddi gəlişmələrə səbəb olub. İllərdən bəri davam edən İran-Qərb qarşıdurmasının geridə qalması, qlobal böhran şəraitində Tehrana qarşı beynəlxalq sanksiyaların qaldırılması əksər ölkələr tərəfindən, o cümlədən İrandan alqışlarla qarşılanıb.


Qeyd edək ki, yanvarın 16-da BMT-nin nüvə agentliyi elan edib ki, Tehran iyulda imzalanmış razılaşmanın öhdəliklərinə əməl edib və sanksiyalara son verilib. Bununla da Avropa Birliyi İrana bütün iqtisadi və maliyyə sanksiyalarının qaldırıldığını elan edib. Vaşinqton da öz növbəsində İrana qarşı bank, poladtökmə, gəmiçilik və digər sahələrdə sanksiyaları rəsmən ləğv edib. İran həmçinin beş amerikalını azad edib. Onların içində “Washington Post”un müxbiri Jason Rezaian da var.

Müsəlman qonşumuzda toy-bayram və böyük qalibiyyət kimi qarşılanan bu hadisəyə reaksiyasında prezident Həsən Ruhani deyib ki, 17 yanvar sazişi İran iqtisadiyyatı üçün “dönüş nöqtəsidir” və ölkənin inkişafı üçün bir fürsətdir.

ABŞ Prezidenti Barak Obama isə deyib ki, razılığa əsasən İran nüvə silahına malik olmayacaq və əgər Tehran Qərbi aldatmağa cəhd etsə, bunun qarşısını almaq üçün bir sıra tədbirlər işə salınacaq. Obama əlavə edib ki, insan haqlarının pozulması, terrorizmə dəstək və ballistik raket proqramından dolayı, İrana qarşı sanksiyalarımız davam edəcək. Yeri gəlmişkən, ABŞ Maliyyə Nazirliyi 18 yanvarda İrana qarşı yeni sanksiya qərarını verib. Yeni sanksiyalara görə, raket proqramı ilə bağlılığı olan 11 hüquqi və fiziki şəxs ABŞ-ın bank sistemindən istifadə edə bilməz.

İrana qarşı sanksiyaların ləğvi dərhal birjaların fəaliyyətinə təsir göstərib. London qitələrarası birjasında Brent markalı neftin qiyməti 3,5 dollar ucuzlaşaraq 27,96 dollar olub.
Bir sıra müşahidəçilər yeni situasiyanın Azərbaycanın faydasına olduğu barədə şərhlər verir, lakin əksini düşünənlər də var. Məsələn, politoloq Fərrux Məmmədov hesab edir ki, İrana qarşı sanksiyaların ləğvi və İranın yenidən dünya enerji bazarına qayıtması Azərbaycanın strateji mövqeyini xeyli zəiflədəcək. “Artıq Azərbaycan, sadəcə, Cənubi Qafqaz ölkəsidir. Digər tərəfdən, İran Əfqanıstana tranzit ölkə olaraq qapılarını açmağa hazır olduğunu Amerikanın diqqətinə çatdırıb və hətta yeni taarif qiymətlər təklifi belə edib. Bu təklif Azərbaycanın tətbiq etdiyi qiymətlərdən dəfələrlə azdır. Amerika hazırda bu təklifi də gözdən keçirir. NATO üçün yüklərin daşınması və ucuz qiymətə, hətta heç bir siyasi şantaj olmadan. Bu, önəmlidir”- ekspert bildirir.

Politoloq Şahin Cəfərli isə situasiyanı şərh edərkən bildirdi ki, nə qədər təzadlı səslənsə də, bu anlaşma həm ABŞ-ın, həm də İranın qələbəsi kimi qiymətləndirilə bilər: “Obama administrasiyası İranın nüvə proqramı kimi ciddi beynəlxalq problemi siyasi yolla həll edərək ciddi diplomatik uğura imza atdı. Diplomatiyanın alternativi hərbi yol idi ki, bu variantın seçilməsi bölgə üçün fəlakətə səbəb ola bilərdi. Digər tərəfdən, İrana qarşı hərbi koalisiyanın formalaşdırılması Vaşinqton üçün elə də asan vəzifə olmayacaqdı. Müharibə həm də ABŞ üçün böyük maliyyə hesabına başa gələcəkdi, bu isə ölkə iqtisadiyyatına mənfi təsir edəcəkdi. Bundan başqa, Səddam Hüseyn dönəmindəki İraqdan fərqli olaraq, İranın müqavimət imkanlarının daha yüksək olması da qeyd olunmalıdır. Düzdür, İran ABŞ və İsraillə müqayisədə hərbi texnologiyalar baxımından xeyli geri qalır, lakin hər halda, cavab zərbələri endirmək potensialına malikdir”.

Ş.Cəfərli şübhə etmir ki, Obama və onun komandası bütün yuxarıda qeyd olunan məsələləri nəzərə alaraq hərəkət edib: “Ümumiyyətlə, Barak Obama Corc Buşdan fərqli olaraq, xarici siyasət problemlərinin güc tətbiq etmədən həllinə üstünlük verdi və İranla bağlı siyasət də məhz bu strategiya çərçivəsində həyata keçirildi. İrana gəldikdə isə bu ölkənin də gərginlik siyasətindən və nüvə silahına sahib olmaq inadından vaz keçmək cəsarətini özündə tapmasını - ən azı bu mərhələdə - yüksək qiymətləndirmək lazımdır. Tehran bu siyasətin perspektivsiz olduğunu başa düşdü, anladı ki, onun nüvə silahına malik olmasına imkan verilməyəcək, sanksiyalar və mümkün müharibə isə ölkəni fəlakətə sürükləyə, daha uzun illər inkişafdan saxlaya bilər. Bu gün İran iqtisadiyyatının, sənayesinin texnoloji yenilənməyə hava-su kimi ehtiyacı var, texnologiyalar isə Qərbin əlindədir. Qonşu ölkə bunu nəzərə alaraq konfrontasiya xəttindən geri çəkildi və diplomatiyaya üstünlük verdi”.

Politoloq onu da bildirdi ki, indi beynəlxalq embarqoların ləğvi nəticəsində İran öz iqtisadiyyatını inkişaf etdirmək, sərmayələr cəlb etmək, müasir texnologiyaları ölkəyə gətirmək, Qərb banklarında blok edilmiş maliyyə vəsaitlərini öz ehtiyacları üçün yönəltmək fürsəti qazanıb: “Təsadüfi deyil ki, sanksiyalar ləğv olunar-olunmaz İran Fransanın ”Airbus" şirkəti ilə 114 ədəd sərnişin təyyarəsinin alqı-satqısına dair müqavilə imzalayıb. Avropanın “Total” və “Shell” kimi iri enerji şirkətlərinin təmsilçiləri isə dərhal Tehrana səfər edib. Bu əməkdaşlıq daha da genişlənəcək. Yeni situasiya İran daxilində sosial gərginliyi azaltmağa da imkan verəcək. Lakin onu da qeyd edək ki, ABŞ (Qərb) - İran münasibətlərində yeni mərhələnin startı verilsə də, tərəflər arasında problemlər qalır və qalmağa davam edəcək. Mən daha əvvəl də qeyd etmişdim ki, İranın daha da güclənərək bölgədə dominant rol oynaması elə də asan olmayacaq. Bu dövlətin bölgədə İsrail, Səudiyyə Ərəbistanı kimi ənənəvi düşmənləri, Türkiyə kimi güclü rəqibi var. Bu dövlətlər İran ətrafındakı situasiyanı diqqət və həssaslıqla izləyir. Yaranmış durum onları bir-biri ilə yaxınlaşmağa sövq edir və artıq bu proses başlayıb. ABŞ da İranın güclənməsində maraqlı deyil, çünki bu halda Tehranın regional ekspansiya iştahı artacaq və İsrailin təhlükəsizliyinə təhdid güclənəcək. Təsadüfi deyil ki, İrana qarşı sanksiyaların ləğvi elan olunan gün ABŞ bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq etdi. Yeni sanksiyalar İranın ballistik raket proqramı həyata keçirməsi ilə bağlıdır. Bundan başqa, terrora dəstək, insan haqları pozuntuları ilə əlaqədar daha əvvəl tətbiq olunmuş sanksiyalar qüvvədə qalır".

Qeyd edək ki, İranın ən ağır günlərində rəsmi Bakı İrana qarşı öz ərazisindən üçüncü qüvvələrin istifadəsinə imkan verilməyəcəyi barədə vədinə sonadək sadiq qaldı və 40 milyona yaxın Azərbaycan türkünün yaşadığı müsəlman qonşumuz bunu yaxşı bilir. İranın öz neftini sərbəst şəkildə dünya bazarına çıxartması neft ölkəsi olaraq Azərbaycana mənfi təsir edəcək, bu, şəksizdir. Ancaq Azərbaycan investorları İrana yatırım qoymaq üçün əlavə imkanlara sahib olur. Eyni zamanda qonşu ölkədə savaş təhlükəsinin sovuşması on milyonlarla soydaşımızın həyatı naminə də çox mühüm hadisədir. Rəsmi Bakı da İran-Qərb anlaşmasından məmnunluğunu ifadə edib.

“Azərbaycan uzun müddət aparılan danışıqlar nəticəsində əldə edilən razılaşmaya əsasən Qərbin İran üzərindən bir sıra sanksiyaları götürməsini alqışlayır”. Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov açıqlamasında deyib. PA rəsmisi qeyd edib ki, Bakı, ümumiyyətlə, dövlətlərarası münasibətlərdə müxtəlif səbəblərlə ölkələrə qarşı sanksiyaların tətbiq edilməsini uğurlu və ədalətli addım saymır: “Sanksiyanın nəticələri bütün hallarda onun tətbiq olunduğu ölkənin əhalisinin yükünə çevrilir. Bu, eyni zamanda müasir beynəlxalq aləmdə dövlətlərarası, silizasiyalararası anlaşmaya, dialoqa və əməkdaşlığa mane olur, istər-istəməz müəyyən gərginlik yaradır. İran İslam Respublikası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev hələ 2006-cı ilin aprelində Vaşinqtona ilk rəsmi səfəri zamanı Ağ Evin qarşısında jurnalistlərlə brifinqdə sanksiyaların tətbiqinə etiraz edərək bəyanat vermişdi”.
“Bu müsbət prosesin Azərbaycan və İran arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişafına əlavə təkan verəcəyinə əminliyimizi bildiririk”. Bu isə Azərbaycan XİN-in son bəyanatındandır.

Tehrandan da reaksiya gəlib. “Biz dost və qonşu ölkələr, müsəlman ölkələri, xüsusən Azərbaycan Respublikası ilə ikitərəfli əməkdaşlığı daha çox inkişaf etdirməkdə maraqlıyıq”,- deyə, İran sözçüsü Hüseyn Cabiri Ənsari keçirdiyi mətbuat konfransında APA-nın sualını cavablandırarkən deyib.

Şahin Cəfərli İran-Qərb anlaşmasının Azərbaycana təsirlərindən danışarkən dedi ki, bölgəmizdə və xüsusən çoxlu sayda soydaşımızın yaşadığı qonşu ölkədə müharibə təhlükəsinin sovuşması bizim üçün çox müsbət hadisədir: “Müharibə baş versə, bunun mənfi təsirlərinə məruz qalan ölkələrdən biri biz olacaqdıq. Bundan başqa, sanksiyaların ləğvi İranla iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə şərait yaradır, Azərbaycan da bu durumdan yararlana bilər. Mənfi təsirlər sırasında isə öncə onu qeyd etmək olar ki, İranın Avropa enerji bazarına qayıtması nəticəsində neftin qiymətinin yaxın perspektivdə yüksəlməsi ehtimalı aradan qalxıb. İran qarşıdakı aylarda və illərdə texnologiyalarını yenilədikcə hasilatı və ixracı daha da artıracaq, bu isə təklifin tələbatı üstələdiyi hazırkı durumun davam edəcəyi mənasına gəlir. Başqa bir məqam İran probleminin həlli nəticəsində Azərbaycanın Qərb üçün geostrateji önəminin müəyyən qədər azalmasından ibarətdir. İrana qarşı mümkün müharibədə Azərbaycan ərazisi logistika, kəşfiyyat kimi məqsədlər baxımından önəm qazanacaqdı. Bu, aradan qalxdı. Azərbaycan diplomatları Qərbdə etdikləri çıxışlarında, keçirdikləri görüşlərdə Azərbaycanın Rusiya və İran kimi aqressiv dövlətlərin əhatəsində yerləşdiyini, bu səbəblə Qərbin ölkədə demokratiya, insan haqları problemlərinə anlayışla yanaşmasının lazım olduğunu vurğulamağı xoşlayırdılar. İndi bu arqumentin də bir ayağı zəiflədi. Lakin bütün bunlara rəğmən, Azərbaycan Qərb üçün önəmini itirməyib, sadəcə olaraq, rəsmi Bakı istər daxili, istərsə də xarici siyasətinə yeni situasiyanın şərtlərinə uyğun dəyişiklik edərək daha çevik siyasət yeritməyə başlamalıdır”.

***
ABŞ və İran arasında “soyuq müharibə”nin geridə qaldığı şəraitdə İrandakı Azərbaycan türkləri üçün hansı perspektiv açıldığı barədə qəzetimizə açıqlama verən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirdi ki, İran üzərindən sanksiyaların götürülməsi, diplomatik əlaqələrin bərpası dünya çapında və Orta Şərq problemlərinin həllində yeni mərhələdir: “İranın şər düşərgəsindən uzaqlaşması və mütərəqqi demokratik dünya ilə hesablaşması və yaxınlaşması müsbət hadisədir. Bu, İranın tədricən liberallaşmasında, insan hüquq və azadlıqları prinsiplərinin bərqərar olmasında pozitiv rol oynaya bilər. Güney Azərbaycan üçün öz müqəddəratını təyinetmə hüquqi mexanizminin həyata vəsiqə qazanmasına da şərait yaratmış olar. Bu mütərəqqi dəyişikliklər üçün əsas şərtlərdən biri və birincisi şimali Azərbaycanla ABŞ-ın strateji müttəfiqliyinin bərpa olunması və Türkiyə-ABŞ-AB münasibətlərinin artan xətt üzrə inkişaf etməsidir. Təbii ki, Güney milli təşkilatlarının israrı və beynəlxalq hüququn imkanlarından nə dərəcədə istifadə etməsi də ilkin şərtlərdən biridir”.

Bəs bu situasiya İran zindanlarında olan güneyli fəalların azadlığa çıxmasını şərtləndirəcəkmi? Z.Məmmdəli: “Bu problemin həlli də həm Güney, həm Quzey, həm də Avropada olan milli qurumlarımızın fəaliyyət ardıcıllığından asılıdır. İran zindanlarında yüzlərlə milli siyasi dustaqların olması və yüzlərlə fəalın isə gündəlik təqib olunması faktdır. Təəssüf ki, obyektiv gerçəkliklər ucbatından Şimali Azərbaycan bu problemin ictimailəşməsi və soydaşlarımızın hüquqlarının qorunmasında passivdir. Milli təşkilatlarımız bütün resursları ilə Güney Azərbaycanın yanında olmalıdır. ABŞ -İran yaxınlaşması, məncə, mövcud təşkilatların bu istiqamətdə fəallaşmasını stimullaşdıracaq. ABŞ gözəl anlayır ki, Güney Azərbaycan problemi həll olunmamış İran rejimi regionun qorxulu dövləti imicini qoruyacaq ki, bu da regionda milli maraqların təhdid mənbəyidir”.

İrandan gələn digər xəbərə görə, Qərblə nüvə razılığına gələndən sonra beynəlxalq sanksiyalardan xilas olan İranda sosial şəbəkələrlə bağlı qadağalarda da dəyişiklik edilib. Belə ki, bəzi istifadəçilər sosial şəbəkələrə qoyulan qadağanın aradan götürüldüyünü bildiriblər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor