İran neftin ucuzlaşmasına görə narahat deyil |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 17:50 | Şərh sayı: (0) | Baxılıb: 255
İran neftin ucuzlaşmasına görə narahat deyil
İran bir ay ərzində günlük olaraq neft hasilatını 1 milyon barelə çatdıracağını açıqlayıb.
ANS PRESS-in məlumatına görə, neftin qiyməti son 15 ayda maksimum həddə - 70 faiz aşağı düşüb. Hazırda bir barel neftin qiyməti 28 dollardan aşağıdır. İran isə vəziyyətə görə narahat olmadığını deyib.
İranın neft naziri Əmir Hüseyn Zəmani-Niə milli neft şirkətinin əlavə günlük olaraq 500 000 barel neft hasil edəcəyini bildirib.
Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artımın zəifləyəcəyi barədə xəbərdarlıq edib. Rəhbərlik bildirib ki, bu il iqtisadi fəallıq 3.4 faiz artacaq. Lakin bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 0.2 faiz azdır.
Ekspertlər təhlükənin mürəkkəb olduğunu bildiriblər. Onların sözlərinə görə, qlobal iqtisadi artıma geosiyasi ünsürlər təsir edəcək.
Həmçinin, kibertəhlükəsizlik məsələləri, cəmiyyətlərin inkişaf səviyyəsi və sair ünsürlər də iqtisadi artıma təsir edəcək ünsürlərdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər