Rusiyanın Britaniya tərəfindən cəzalandırmasına dair çağırışlar artır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 19:29 | Şərh sayı: (0) | Baxılıb: 239
Rusiyanın Britaniya tərəfindən cəzalandırmasına dair çağırışlar artır
Rusiyanın Britaniya hökuməti tərəfindən cəzalandırmasına dair çağırışlar artır.
Dünən Britaniya hakimi deyib ki, prezident Vladimir Putin Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) sabiq agenti Aleksandr Litvinenkonun zəhərləndirilməsi planını şəxsən təsdiqləyib.
Hakim Robert Ouen təxminən 10 il əvvəl bir fincan çayı içdikdən sonra vəfat edən Litvinenkonun nadir radioaktiv izotop polonium-210-la zəhərləndirildiyini deyib.
Ölüm yatağında ikən Litvinenko ona qarşı sui-qəsddə Vladimir Putini günahlandırmışdı.
Britanıyanın baş naziri Devid Kameron Rusiya rəsmilərinin hesablarının dondurulması ilə yanaşı, Rusiyaya qarşı ölçülərin kəskinləşdiriləcəyini deyib.
Britaniya hökuməti bundan əlavə Rusiyanın o ölkədəki səfirinin çağırılacağını da bəyan edib.
Putinlə yumşaq rəftar
Təhlilçilərin fikrincə, Britaniya hökuməti Rusiyanın təklənməsi üçün əlavə addımlar atmayacaq. Onlar bunu Britaniyanın Suriya münaqişəsinin həllində Rusiyanın əməkdaşlığına olan ehtiyacla izah edir.
Britaniyanın rolu Rusiyanın Suriya böhranının həllindəki rolu ilə müqayisə edilə bilməz
Londonun Strateji Araşdırmalar İnstitutundan Rusiya üzrə təhlilçi Nikolas Redman bildirib ki, Rusiyanın prezident Bəşərin arxasında durması ilə o ölkəyə girişi azaddır.
Təhlilçi Britaniyanın rolunun Rusiyanın Suriya böhranının həllindəki rolu ilə müqayisə edilə bilməyəcəyini deyib.
Bundan əlavə Britaniya təyyarələri Suriyada Rusiya kimi İŞİD-ın mövqelərini hədəf alır. Bu isə Rusiya ilə hərbi səviyyədə kommunikasiyanı zəruri edir.
Cəzalandırma çağırışları
Siyasi fəallar, siyasətçilər və Litvinenkonun ailə üzvləri Rusiyanın bütün kəşfiyyat agentlərinin ölkədən çıxarılmasına çağırır.
Öldürülən dissidentin həyat yoldaşı Marina Litvinenko Kameron hökumətindən qətllə əlaqəsi olan hər bir şəxsə qarşı sanksiya və hətta Putinə səyahət məhdudiyyətlərinin tətbiqini istəyib.
Rusiyanın tənqidçilərindən olan insan hüquqları müdafiəçisi Bill Brouder də Britaniyanı kəskin cavab verməyə çağırsa da iqtisadi və siyasi maraqlara üstünlük veriləcəyini deyib.
“Rusiyanın Londonda böyük məbləğdə pulları dolaşır. Əminəm ki, hökumətin bəzi nümayəndələri bu pulların azalacağına dair qorxulara malikdir” –deyə Brouder "Amerikanın Səsi"nə bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər