Britaniya mətbuatı: "Əsəd Putinin istefa təklifini qəzəblə rədd edib" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 07:43 | Şərh sayı: (0) | Baxılıb: 220
Britaniya mətbuatı: "Əsəd Putinin istefa təklifini qəzəblə rədd edib"
"Vladimir Putin yanvarın əvvəlində Bəşər Əsəddən istefaya getməsini xahiş edib. Lakin Suriya rəhbəri qəzəbli şəkildə bu təklifi rədd edib".
APA-nın xəbərinə görə, bu sensasiyalı məlumatı Britaniyanın nüfuzlu "Financial Times" qəzeti yayıb.
Qəzet Qərb kəşfiyyat orqanlarındakı mənbəyə istinadən yazıb ki, V. Putinin təklifini B. Əsədə Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri, bu yaxınlarda vəfat etdiyi açıqlanan İqor Serqun çatdırıb. Səfərin İ. Serqunun ölümündən bir neçə həftə əvvəl gerçəkləşdiyi bildirilir. B. Əsəd təklifə qəzəblənib və qəbul etrməyəcəyini deyib.
Xatırladaq ki, İ. Serqunun vəfatı barədə Kreml yanvarın 4-də məlumat yayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər