Litvinenko "kabus"u Rusiyanı təqib edir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-01-2016, 09:59 | Şərh sayı: (0) | Baxılıb: 168
Litvinenko "kabus"u Rusiyanı təqib edir
Yanvarın 21-də Britaniya keçmiş rusiyalı casus Aleksandr Litvinenkonun 2006-cı ildə ölümü üzrə təhqiqatı açıqlayacaq. Bu ölümdə Rusiyanın ittiham olunacağı gözlənir.
Hesabatı britaniyalı hakim Robert Ouen təqdim edəcək.
Litvinenko çayına qatılmış yüksək radioaktiv maddədən - polonium-210-dan zəhərlənib.
Moskva bu ölümə hər hansı aiddiyyatı olmadığını bildirib, təhqiqatı siyasi motivli adlandırıb. Kremlin sözçüsü yanvarın 20-də bildirib ki, təhqiqat Prezident Vladimir Putini “maraqlandıran məsələlər sırasında deyil”.
Litvinenko Rusiya kəşfiyyatına işləyib, Britaniyaya köçəndən sonra Putinin tənqidçisinə çevrilib.
O, Londonda bir oteldə iki rusiyalı - Dimitry Kovtun və Andrei Lugovoy ilə çay içən zaman zəhərlənib. 3 həftə sonra dünyasını dəyişib. Həmin iki şəxsin Londonda olduqları digər yerlərdə də poloniumun izləri tapılıb. Ancaq Rusiya onların ekstradisiyasından imtina edib ("Azadlıq" radiosu).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər