Ziyalılar Kadirovun istefasını tələb edir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 08:12 | Şərh sayı: (0) | Baxılıb: 243
Ziyalılar Kadirovun istefasını tələb edir
Rusiyanın “Ziyalılar konqresi” öz saytında Çeçenistan lideri Ramzan Kadyrovun istefası tələbi ilə 10 mindən çox imza toplayıb.
Buna səbəb Kadirovun bu günlərdə “sistemsiz Rusiya müxalifəti”ni xalq düşmənləri və satqın adlandırması olub. Kremlin sözçüsü Dimitri Peskov isə vəziyyəti qızışdırmamağa çağırıb və bildirib ki, Kadirov ölkənin qanuni siyasi meydanında olmayan müxalifətçiləri nəzərdə tutur.
Yanvarın 22-də isə Qroznıda Kadirova dəstək mitinqi keçirilib. Polisin məlumatına görə mitinqdə 500 minədək adam iştirak edib.
Qeyd edək ki, Çeçenistanın 1 milyon 300 min əhalisi var ki, bunun 280 mini Qroznıya yaşayır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər