“Əl-Qaidə” lideri Səudiyyə Ərəbistanına qarşı hücumlar törətməyə çağırıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-01-2016, 09:29 | Şərh sayı: (0) | Baxılıb: 324
“Əl-Qaidə” lideri Səudiyyə Ərəbistanına qarşı hücumlar törətməyə çağırıb

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın terrorçuluqla mübarizə sahəsində fəaliyyət göstərən “SITE Intelligence Group” analitik şirkətin məlumatlarına əsasən, dərc olunan yeddi dəqiqəlik video çarxda “Əl-Qaidə” lideri tərəfdarlarını “dini korlayan çürümüş rejim” adlandırdığı Səudiyyə Ərəbistanının kral ailəsinə hücumlar törətməyə çağırıb. Ayman əz Zəvahiri həmçinin İsrail və Qərb dövlətlərini nəzərdə tutduğu “sionist və əhl-səliblərin ittifaqı”na da hücumlar törətməyə çağırıb.
“Əl-Qaidə” liderinin video müraciəti Səudiyyə Ərəbistanında kütləvi edama cavab olaraq dərc edilib. Nəşrin məlumatına görə, edam olunanların əksəriyyəti “Əl-Qaidənin” 2003-2004-cü illərdə törətdiyi terror aktlarının iştirakçıları olub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər