"İranın əsas məqsədi bütün xalqlarla əməkdaşlıq etməkdir" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-12-2015, 18:31 | Şərh sayı: (0) | Baxılıb: 317
"İranın əsas məqsədi bütün xalqlarla əməkdaşlıq etməkdir"
İranın ali lideri Ayətullah Seyyid Əli Xameneyi Macarıstanın baş naziri Viktor Orbanla görüşüb.
Bu barədə Trend ali liderin rəsmi saytı Leader.ir-ə istinadən məlumat verir.
İki ölkə arasında əlaqələrin və əməkdaşlığın müxtəlif sahələrinə toxunan Ə.Xameneyi bildirib ki, Macarıstanın yürütdüyü "Asiyaya baxış" siyasəti düzgün siyasətdir və əməkdaşlığın genişlənməsinə təkan verə bilər.
Ayətullah İran İslam Respublikasının əsas məqsədinin bütün xalqlarla əməkdaşlıq etmək olduğunu deyib. O, əməkdaşlığın əsası kimi xalqlar və dövlətlər arasında qarşılıqlı anlaşmanın vacibliyi barədə Macarıstan Baş nazirinin sözlərini təsdiq edərək vurğulayıb ki, iqtisadi, elm, təhsil və mədəni əməkdaşlığın qurulması üçün baza yaradılmalıdır.
İranın ali lideri bir çox düşmənçiliklərin və intiqamın qaynağını düzgün və qarşılıqlı anlaşmanın olmaması ilə əlaqələndirərək bildirib ki, bu gün dünyaya hakim kəsilən təbliğat mühitində reallıqlar təhrif edilir və bu ab-hava insanlığın və bəşəriyyətin ziyan çəkməsi ilə nəticələnir.
Ə.Xamneyi İslam və xristian dünyası arasında yaxşı və mehriban dialoqun aparılmasına toxunaraq deyib ki, mütəfəkkirlər arasında dialoq və görüşlərin keçirilməsi münasibətlərə müsbət təsir göstərir, buna görə də İran fikir mübadilələrini alqışlayır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər