Səudiyyə Ərəbistanında nə baş verir? – “FORBES”-in İDDİALARI |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 14:05 | Şərh sayı: (0) | Baxılıb: 259
Səudiyyə Ərəbistanında nə baş verir? – “FORBES”-in İDDİALARI
Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi neftdən asılı olan ölkələrin büdcələrində mənfi təsir göstərir. Belə ölkələrdən biri də, Səudiyyə Ərəbistanı Krallığıdır.
Modern.az-ın məlumatına görə, Amerikanın məşhur “Forbes” nəşri yazıb ki, neftin qiymətinin kəskin şəkildə ucuzlaşması Səudiyyə Ərəbistanında neqativ iqtisadi-sosial tendensiyaların inkişafına gətirib çıxarıb.
Məlumata görə, dövlət xərclərinin azalması, suyun, elektrik enerjisinin dəyərinin bahalaşması fonunda ölkədə kiçik inqilab üçün zəmin yaranıb.
Belə bir məqamda isə əhali üçün vergi qiymətlərinin artması isə vəziyyəti bir az da qəlizləşdirir. Hətta krallığın əsas neft şirkəti “Saudi Aramco”-nun səhmlərinin satışa çıxarılması da gözlənilir. Lakin, bu, hələlik öz rəsmi təsdiqini tapmayıb.
Belə iqtisadi dəyişikliklər fonunda Səudiyyə Ərəbistanının İrana yaxın şiə ruhanisi Nimr ən-Nimri edam etməsi Yaxın Şərqdə İslamın iki əsas qolu arasında qarşıdurma yaradıb.
“Forbes” yazıb ki, ilk sıralarda islahat tərəfdarı olan varis şahzadə Məhəmməd ibn Salman yüksək neft qiymətləri dövrünün sona yaxınlaşdığını qəbul edir.
“Səudiyyə hökumətinin gəlirlərinin 90 faizi neftdən asılıdır. Neft qiymətlərinin iflası isə milli iqtisadiyyata ağır zərbə vurdu. Büdcə defisiti 15 faizə qədər kəskin şəkildə çoxaldı”,-deyə “Forbes” əlavə edib. Bildirilib ki, “qara qızıl”ın bir barelinin 30 dollardan aşağı düşməsi isə Səudiyyə Ərəbistanı ilə yanaşı, Rusiya üçün də arzuolunmaz ssenari sayıla bilər.
“Qiymət 30 dollara düşəcəksə, vəziyyət daha da təhlükəli olacaq. Səudiyyə Ərəbistanı bu təhlükəni dərk edir və ölkəni müasirləşdirmək yoluna getməyə qərar verdi.
Hələ ki, bu, mümkündür. Krallıq eyni zamanda vergi daxilolmalarının alternativ mənbələrini taparaq yeni sahələri inkişaf etdirə bilər.
Rusiyada isə görünür ki, belə imkanlar yoxdur. Rusiyanın valyuta ehtiyatları 100 milyard dollara qədər azaldı. Gələcəkdə isə bu, tamamilə yox ola bilər.
Səudiyyə Ərəbistanı “Tetçer inqilabı”nı həyata keçirə bilsə, o, Yaxın Şərqdə liderliyə yiyələnəcək. Bu isə Qərbin, xüsusilə ABŞ-ın çox xoşuna gələcək”,-deyə qeyd edilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər