Rusiya iqtisadiyyatı üçün bəd proqnoz |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 31-12-2015, 19:16 | Şərh sayı: (0) | Baxılıb: 304
Rusiya iqtisadiyyatı üçün bəd proqnoz
Neftin qiymətinin düşməsi fonunda rubl illik ən aşağı həddədək ucuzlaşıb və Rusiya gələn il də iqtisadi çöküşün davam etməsi perspektivinə tuş gəlib. Bu barədə "Financial Times" nəşri yazıb.
Nəşr xatırladır ki, bu ilin sentyabrında prezident Vladimir Putinin "böhranın pik həddinin artıq keçdiyini" söyləsə də, indi bu "optimist gözləntilər" buxarlanıb.
musavat.com bildirir ki, Beynəlxalq Bankın proqnozlarına görə, 2016-cı ildə Rusiyada ÜDM 0.7% azalıb, Mərkəzi Bank isə neftin qiyməti 50 dollara çatarsa, daha 0.5-1% azalma gözləyir. Əgər qiymət 35 dollar olsa, o zaman ÜDM 2-3% azalacaq.
Məqalə müəlliflərinə görə, Rusiya rəhbərliyinin siyasi hərəkətləri iqtisadi problemlərə gətirir. "Məsələn, Ukrayna və Türkiyə mallarının idxalına qoyulan məhdudiyyətlər inflyasiyanın daha da artmasına gətirə bilər" - nəşr qeyd edir.
Öncə 2015-ci ilin yekunlarına əsasən, Rusiyada inflyasiya göstəricisinin 13%-i keçəcəyi xəbər verilmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər