Manatla yatırılan əmanətlər üzrə sığortalanma həddi artırıla bilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 22:59 | Şərh sayı: (0) | Baxılıb: 283
Manatla yatırılan əmanətlər üzrə sığortalanma həddi artırıla bilər
Manatla yatırılan əmanətlər üzrə sığortalanma həddi 12%-dən yuxarı qaldırıla bilər.
"APA-Economics"in xəbərinə görə, bu barədə AzTV-nin efirində Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, bu addım ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən milli valyutamız olan manata inamın artırılması məqsədini güdür.
"Yəqin ki, yaxn zaman ərzində Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurası bununla bağlı müvafiq qərar qəbul edəcək. Bu gün biz açıq deyə bilərik ki, banklarda valyutaya ehtiyac yoxdur. Valyutada olan əmanətlər üzrə faiz dərəcələri aşağı düşüb. Bizim atacağımız addımlar dedollarizasiyaya hesablanıb", - deyə E. Rüstəmov deyib.
Xatırladaq ki, hazırda əmanətlərin üzrə sığortalanma həddi 12%-dir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər