Azərbaycanda pul azalıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-12-2015, 22:14 | Şərh sayı: (0) | Baxılıb: 299
Azərbaycanda pul azalıb
Bu ilin yanvar ayından oktyabr ayına qədər Azərbaycanda dövriyyədə olan nağd pullar 4150,4 milyon manat azalıb
Bu barədə Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin yanvar-oktyabr ayları üzrə açıqladığı hesabatda bildirilib.
Bu ilin yanvar ayında dövriyyədə olan nağd pulların həcmi 10145,3 milyon manat idisə, oktyabr ayında həmin göstərici 5994,9 milyon manat təşkil edib. Bu isə təxminən 41 faiz azalma deməkdir.
Bankın fiziki şəxslərin əmanətlərinin strukturu ilə bağlı hesabatında da qoyulan əmanətlərin məbləğində azalma müşahidə edilib.
Göstərilib ki, 2015-ci ilin sentyabr ayında banklardakı əmanətlərin ümumi məbləği 7311,8 milyon manat olduğu halda, oktyabr ayı ərzində 138,9 milyon manat azalaraq 7172,9 milyon manat təşkil edib.
Mərkəzi Bankın hesabatında kredit qoyuluşlarında da azalma olduğu göstərilib. İlin ilk aylarında iqtisadiyyata kredit qoyuluşunda müəyyən artım olsa da fevral ayından sonrakı dövrlərdə bu göstərici aşağı düşüb.
Azalma xüsusilə özəl banklarda və qeyri-bank kredit təşkilatlarında olub. Sahələr üzrə göstəricilərə gəldikdə isə, azalma xüsusilə kənd təsərrüfatı və emal, inşaat və əmlak, sənaye və istehsal sektorundadır.
Mərkəzi Bank bu mənfi dəyişikliyin Azərbaycan Beynəlxalq Bankında aparılan restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) işləri ilə əlaqəli olduğunu bildirib.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankında bu il yaranan problemlər bankın idarəetməsində əsaslı dəyişikliklər edilməsinə gətirib çıxarıb. Bankın idarə heyətinin sədri Cahangir Hacıyev martın 18-də istefa verib.
Onun yerinə Elmar Məmmədov seçilib. Bankın Müşahidə Şurasının mövcud say tərkibi 7 nəfərdən 5 nəfərədək endirilib. Eyni zamanda bankdan külli miqdarda kredit götürən iş adamları krediti qaytara bilmədikləri üçün həbs ediliblər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər