Banklarla bağlı Nazirlər Kabinetinə təklif |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-12-2015, 13:30 | Şərh sayı: (0) | Baxılıb: 272
Banklarla bağlı Nazirlər Kabinetinə təklif
Yaxın günlərdə əhalinin banklarda qorunan əmanətləri üzrə 30 min manatlıq hədd ləğv ediləcək.
qafqazinfo xəbər verir ki, bu barədə təklifi Banklar Assosiasiyası Nazirlər Kabinetinə təqdim edib. Hazırda banklarda illik 12% dərəcəsi ilə və 30 min manatadək yerləşdirilən əmanətlər qorunan əmanətlər hesab olunur. Təklif qəbul edildikdən sonra isə 30 min manatlıq hədd aradan qalxacaq. Bundan sonra müştərilər istənilən həddə banka qoyacağı əmanət dövlət tərəfindən sığortalanmış olacaq.
Belə bir təklifin gerçəkləşməsinin Azərbaycanın bank sektorunda likvidlikliyi artıracağı gözlənilir. Güman edilir ki, bankların müştərilərə kredit verməsi imkanları genişlənəcək. Bildiyimiz kimi, banklar müştərilərə kreditləri, əsasən, əmanətlər hesabına verir. Bundan əlavə, əhalinin bank sektoruna olan inamsızlığı da bir növ aradan qalxmış olar.
Xatırladaq ki, bir müddət əvvəl Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadov mətbuata açıqlamasında da yaxın gələcəkdə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi ləğv ediləcəyini bildirmişdi. Yəni, istənilən faiz dərəcəsi ilə banka yerləşdirilən bütün əmanətlər sığotalanmış olacaq. Sadəcə, Fondun müyyən etdiyi maksimum faiz dərəcəsindən yüksək faizlə əmanət qəbul edən banklar buna görə əlavə komissiya haqqı ödəyəcəklər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər