Elman Rüstəmov: "6 milyon 600 min əmanətçinin hamısının əmanətləri tam sığortalanacaq" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 19:09 | Şərh sayı: (0) | Baxılıb: 277
Elman Rüstəmov: "6 milyon 600 min əmanətçinin hamısının əmanətləri tam sığortalanacaq"
Azərbaycanda 6 milyon 600 min əmanətçinin hamısının əmanətləri tam sığortalanacaq". "Report" xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Əmanətlərin tam sığortalanması haqqında" yeni qanun layihəsinin müzakirəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, MDB ölkələrinin heç birində belə bir hüquqi sənəd yoxdur: "2008-ci ildə dünyada yaşanan və hələ də davam edən ağır maliyyə-iqtisadi böhranla əlaqədar onlarla aparıcı, inkişaf etmiş ölkə belə bir addıma gedib, bu yöndə müvafiq qanun qəbul edib. Ona görə biz də belə bir qanun layihəsinin hazırlanması və qəbul olunması yoluna üstünlük verdik. Ümumiyyətlə, bu, müvəqqəti qanundur. Daha doğrusu, bank sekrorunda müəyyən problemlər yaranarsa, dərhal bu qanun dövriyyəyə girəcək, bank sektorunda tam sabitlik yarandıqdan sonra isə ona ehtiyac qalmayacaq. Onu da deyim ki, bu sənədin qəbulu ilə Azərbaycandakı bütün əmənətçilərin əmanətləti tam sığortalanacaq. Bu, çox ciddi, radikal addımdır, həm də dövlət başçısının xalqın maraqlarının təmin olunması baxımından atdığı bir addımdır. Bununla Azərbaycandakı 6 milyon 600 min nəfər əmanətçinin hər birinin əmanəti tam sığortalanacaq".
İqtisadiyyat naziri Sahin Mustafayev isə bildirb ki, bu sənəd Azərbaycan insanın, Azərbaycan əmanətçilərinin hüquqlarının qorumasını nəzərdə tutan bir sənəddir: "Bu, belə də qiymətləndirilməlidir. Bu, irəliyə doğru atılmış çox mühüm addımdır".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər