RSS
 

Login:
Şifrə:
» » Çörək ucuz olsa bölgələrdə etirazlar səngiyəcək?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Çörək ucuz olsa bölgələrdə etirazlar səngiyəcək?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 20:26 | Şərh sayı: (0) | Baxılıb: 390

Çörək ucuz olsa bölgələrdə etirazlar səngiyəcək?


Çörək ucuz olsa bölgələrdə etirazlar səngiyəcək?İqbal Ağazadə: “Bu, müvəqqəti xarakter daşıyır”; Ərəstun Oruclu: “Görünən odur ki, hökumət islahatlardan yayınmaq naminə bu addımlara əl atır”
Manatın ikinci dəfə kəskin devalvasiyaya uğraması nəticəsində ölkəni bürüyən növbəti bahalaşma dalğası bölgələrdə etirazlara və insanların küçələrə çıxmasına səbəb oldu. Xüsusən strateji məhsul olan unun 50 faizdən artıq, çörəyin qiymətinin isə 30 faizə yaxın artması insanların ayağa qalxmasına səbəb oldu. İnsanlar aksiyalarda əsasən, işsizlikdən və bazarlardakı bahalaşmadan narazılıqlarını bildirdilər.

Buna adekvat olaraq, hökumətin qərarı ilə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olundu. Nəticədə, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.

Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq. Ekspertlər isə deyir ki, unun və çörəyin ucuzlaşdırılması əhalinin sosial problemlərinin həlli, regionlarda etirazların səngiməsi üçün yetərli deyil. Hökumət ciddi islahatlara getməsə, ayrı-ayrı vaxtlarda bu cür etiraz dalğası müşahidə ediləcək.



Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, çörəyin ucuzlaşması ictimai qəzəbi müvəqqəti sakitləşdirə bilər, lakin bu daimi olmayacaq: “Mən inanmıram ki, çörəyin qiymətini uzun müddət bu səviyyədə saxlamaq mümkün olsun. Çünki çörək satanın da qazancı olmalıdır ki, o bahalaşan digər istehlak mallarını ala bilsin. Bazar təkcə çörəklə tənzimlənmir. Bu, müvəqqəti xarakter daşıyır, yəqin ki, bir müddətdən sonra qiymətlər qalxacaq. 18 faizlik əlavə dəyər vergisinin ləğv olunması da bir çuval unun içində çox kiçik rəqəmdir. Unun qiymətinə diqqət yetirsəniz, 17-18 manatla 30-35 manat arasında dəyişmişdi. Bu kifayət qədər ciddi fərqdir. 18 faizlik ƏDV-nin ləğv edilməsi qiyməti tənzimlənmək üçün yetərli olmayacaq. Unun qiyməti ona görə bahalaşır ki, digər istehlak malları da qalxır, çörək biznesi ilə məşğul olanlar da digər malları alırlar. Onlar da Azərbaycanda yaşayırlar və bazarın qiymətləri ilə bazarlıq edirlər”.

Partiya sədrinin sözlərinə görə, bu problemin həlli üçün kompleks tədbirlər lazımdır: “Aksiyalara gəlincə, hələlik bu barədə proqnoz vermək istəmirəm. Amma hesab edirəm ki, vəziyyətin bu dərəcəyə çatmasına imkan vermək olmaz. İmkan vermək olmaz ki, aksiyalar əhali ilə polis arasında qarşıdurmalarla, konfliktlə müşayiət olunsun. Bu durumun sistemli, ardıcıl islahatlarla tənzimləmək lazımdır. Hesab edirəm ki, çörəyin qiyməti endirilsə də, bu və ya digər şəkildə etirazlar davam edəcək”.



Politoloq Ərəstun Oruclu da vurğuladı ki, təkcə çörək və unun ucuzlaşması heç nəyi həll etməyəcək: “Çörəyin ucuzlaşması nə deməkdir? Əhali yalnız unla, çörəklə yaşamalıdır? Bu bir qədər gülünc səslənir. Görünür, ölkə üzrə belə bir tapşırıq verilib. Əhaliyə un paylanır, unun-çörəyin qiyməti aşağı salınır. Bu situasiyanı xilas eləmir. Bu yanlış bir addımdır. Bu insanları təhqir etməkdir ki, çörəyi yeyin, evinizdə sakit oturun. Mən bunu əvvəl də demişəm, indi də deyirəm ki, ölkədə ciddi islahatlara başlamaq lazımdır. Deyək ki, bir neçə ay əhaliyə pulsuz çörək paylandı. Bəs, sonra necə olacaq? İnsanlar digər ehtiyaclarını necə ödəyəcək? Təkcə çörəklə yaşamaq mümkündürmü? Məlum deyil ki, bu cür yanaşmaların müəllifi kimdir. Görünən odur ki, hökumət islahatlardan yayınmaq naminə bu addımlara əl atır”.

Politoloqun sözlərinə görə, nə qədər ki, ölkədə iqtisadi, hüquqi islahatlar gecikəcək, vəziyyət bir o qədər ağır olacaq: “Ola bilər ki, çörəyin ucuzlaşması bir neçə ay vəziyyəti xilas etsin. Lakin bir neçə aydan sonra bu da mümkün olmayacaq. O zaman nə edəcəklər? Anlaşılmayan budur ki, niyə islahatdan bu qədər qorxub çəkinirlər. Halbuki indiki şəraitdə ölkənin, xalqın, iqtidarın özünün yeganə xilas yoludur. İslahat aparmaq üçün hökumətdə oturmuş yaşlı, sovet düşüncəli insanları vəzifədən kənarlaşdırmaq lazımdır. Ancaq bunu etmirlər, əksinə, görünən odur ki, həmin şəxslərin sözünün çəkisi durmadan artır. Bölgələrdə qalxan etirazlar da onların siyasi təfəkkürünün nəticəsidir. Bu vəziyyətdən çıxış yolu deyil. Bunu bir gün anlayacaqlar, lakin o zaman artıq gec olacaq”.

Nərgiz LİFTİYEVA

Musavat.Com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor