RSS
 

Login:
Şifrə:
» » Ölkənin iri un və çörək istehsalçıları: “Qiymət artmayacaq”

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Ölkənin iri un və çörək istehsalçıları: “Qiymət artmayacaq”

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 19:41 | Şərh sayı: (0) | Baxılıb: 356

Ölkənin iri un və çörək istehsalçıları: “Qiymət artmayacaq”


Ölkənin iri un və çörək istehsalçıları: “Qiymət artmayacaq” Son günlər sosial şəbəkələrdə və bəzi internet resurslarda unun qiymətinin növbəti dəfə qalxması ilə bağlı məlumatlar dolaşır. Həmin məlumatlarda 50 kiloqramlıq unun (1 kisə) qiymətinin 35-38 manat çərçivəsində müəyyənləşdiyi bildirilir.

Ölkənin ən böyük un istehsalçılarından biri olan "Karat Holding"in baş direktoru Taleh Qasımov isə "APA-Economics"ə bildirib ki, hazırda unun 1 kisəsi 26 manata satılır. Baş direktor əlavə edib ki, yaxın gələcəkdə də heç bir qiymət artımı nəzərdə tutulmayıb.

Ölkədə digər iri un istehsalçılarından olan “Neon” firmasının baş direktoru Arif Həsənov bildirib ki, unun qiymətində artım olmayıb. Onun sözlərinə görə, indi unun bir kisəsinin qiyməti Bakıda 26 manat, Gəncədə isə 26,70 manatdır. A. Həsənov Gəncədə unun 70 qəpik baha olmasını Bakıdan Gəncəyə hər tona görə taxılın daşınması üçün əlavə 15 manat ödənişin olması ilə izah edir: “Bizdə bir həftə əvvəl də unun bir kisəsi 26 manat 70 qəpik idi, indi də bu qiymətədir".

“APA-Economics”in Bakının bir neçə topdansatış mərkəzində də qiymətlərlə maraqlanıb.

Paytaxtın Mirəli Qaşqay küçəsində yerləşən topdansatış mərkəzlərində "Karmen" ticarət nişanlı unun bir kisəsi 28 manata təklif olunur. Burada unun 1 kiloqramı istehlakçılara 65 qəpikdən təklif olunur.

Azərbaycanın rayonlarında isə mağazalarda qiymətlər yol və çatdırılma xərclərinə görə dəyişir.

Belə ki, Siyəzəndə mağazada 50 kiloqramlıq unun qiyməti 25-27 manat, Quba -Xaçmazda 28 manat, Zaqatala - Şəkidə 27.50 və 28 manat, Ağdamda 25 kq-liq 14 manat, 50 kq-lıq 26.50 manata, Ucarda 26 manata, Göyçayda 29 manat, Lənkəran-Astarada 27-28 manat, Astarada 45 kq-lıq 26 manata, Gəncədə 28 manata satılır.

Rayonlardakı topdansatış məntəqələrində isə 50 kiloqramlıq un kisələri 26 manata təklif olunur.

Bakıda fəaliyyət göstərən bir neçə çörək zavodlarının mağazalara təqdim etdiyi çörəyin çəkisi və qiymətini də araşdırmışıq.



"Gilan Holdinq"in tərkibinə daxil olan və Azərbaycanın iri çörək istehsalçılarından olan №1 çörək zavodundan bildiriblər ki, çörəyin bişmə prosesində yalnız texnoloji avadanlıqlardan istifadə olunur ki, bu da çörəyin çəkisində 3% fərq yarada bilər.

Zavodun baş satış müdiri Ramin Qədirov bildirib ki, mağazalara təqdim etdikləri çörəyin qiymətində və çəkisində heç bir dəyişiklik yoxdur: "Hərçənd ki, bəzi işbaz mağaza sahibləri çörəyin qiymətini fərqli tərzdə istehlakçılara təqdim edirlər, qiymətləri bizim təklif etdiyimizdən kifayət qədər yüksəkdir, amma bizim şirkətin nümayəndələri mütəmadi olaraq bazarı araşdırır və bu cür halların qarşısını almaq üçün səy göstərirlər".

№1-li çörək zavodunun məhsullarının çəkisi və dəyəri:


Qiymət
0,40 AZN
0,30 AZN
Çəki
700 qr
500 qr

Digər çörək istehsalçısı "Muğan" ASC-dən də bildiriblər ki, çörək zavodu mağazalara təqdim etdiyi çörəyin çəkisində və qiymətində heç bir dəyişiklik olmayıb. Şirkətin unla təminatı məsələsinə gəlincə, bildiriblər ki, hələ ki, zavod öz ehtiyatından istifadə edir.

“Muğan” ASC-nin məhsullarının çəkisi və dəyəri:

Qiymət
0,40 AZN
0,50 AZN
Çəki
minimum 620 qr
minimum 750 qr

"Nur" MMC də istehsal etdiyi məhsulun qiymətində və çəkisində heç bir dəyişikliyin olmadığını bildirir. İstehsalçı qeyd edir ki, idxal etdiyi unun qiymətində də heç bir dəyişiklik yoxdur.

“Nur” ASC-nin məhsullarının çəkisi və dəyəri:

Qiymət
0,40 AZN
0,50 AZN
Çəki
590-600 qr
minimum 730 qr

"Xəzər" zavodundan isə bildirilib ki, unun kisəsi onlara 26,50 manata başa gəlir və bu zavodda istehsal olunan çörək əhaliyə 40-50 qəpiyə satılır.


"Xəzər" zavodunun məhsullarının çəkisi və dəyəri:

Qiymət
0,40 AZN
0,50 AZN
Çəki
600 qr
700 qr


"Sərham" MMC-nin təsisçisi Rasim Nəbiyev isə bildirir ki, zavodda 3 çəkidə çörək istehsal olunur və onların çəkisi və qiyməti aşağıdakı kimidir:

Qiymət
0,30 AZN
0,40 AZN
0,50 AZN
Çəki
490-510 qr
580-610 qr
710-750 qr


İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev "APA-Economics"ə açıqlamasında bildirib ki, manatın məzənnəsinin dəyişməsi ilə bağlı olmayan əsassız qiymət artımı, süni qıtlıq yaradaraq malların satış dövriyyəsindən çıxarılması və ya satışının dayandırılması və digər sui-istifadə hallarına qarşı tədbirlərin gücləndirilməsi məqsədi ilə onun təmsil etdiyi qurumda təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, istehlak bazarına nəzarət gücləndirilib. Belə ki, hazırda istehlak bazarında baş verən qiymət artımının səbəbləri, xarici valyutanın yerli və idxal mallarının qiymətinə təsiri əsaslı şəkildə araşdırılır: "Məzənnə dəyişikliyi ilə bağlı olmayan əsassız qiymət artımı hallarına yol verən şəxslərə qarşı Baş Prokurorluğu ilə birgə qanunvericiliyə uyğun ən ciddi məsuliyyət tədbirləri görülür. Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinq zamanı "Giləzi-Quşçuluq Şirkəti" MMC, "Hacıqabul Quşçuluq Şirkəti" MMC və "Astel LTD" MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yumurtanın pərakəndə satış qiymətinin bahalaşdırılması ilə istehlakçıların mənafeyinə mühüm ziyan vurulması halları müəyyən olunduğundan müvafiq materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş və toplanmış materiallar əsasında 12 yanvar 2016-cı il tarixdə fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işi başlanıb. Hazırda təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bundan başqa, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Alfa med" MMC-nin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən "Grateziano" dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib. Cəmiyyətin anbarına aparılmış baxış zamanı külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunub. Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilib, həmin dərmanların Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilib".

Nazirlik rəsmisi əlavə olaraq xatırladıb ki, bundan öncə, yanvarın 9-da aparılmış birgə tədbirlər nəticəsində Bakının Yasamal rayonunda fəaliyyət göstərən "Muğan" firması və Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "Səma" firması tərəfindən ədədlə satılan dairəvi "zavod çörəyi"nin istehsalı zamanı mövcud standartların tələblərinə əməl edilmədiyi, qiymətlərin gizli artırılması məqsədilə çörəyin çəkisinin azaldıldığı müəyyən olunub: "Yol verilmiş qanun pozuntuları Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən "Muğan" firmasının direktoru Tahir Mirişovun və "Səma" firmasının direktoru İlham Bəkirlinin nəzərinə çatdırılmaqla, onlara bu cür qanun pozuntularına təkrar yol verəcəkləri təqdirdə barələrində daha ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir".

musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor