RSS
 

Login:
Şifrə:
» » Xaricdən taxıl asılılığımız pik həddə

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Xaricdən taxıl asılılığımız pik həddə

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 11:30 | Şərh sayı: (0) | Baxılıb: 415

Xaricdən taxıl asılılığımız pik həddə


Xaricdən taxıl asılılığımız pik həddə Ekspertlərə görə, ölkədə istehsal olunan buğda keyfiyyətsiz və yeməyə yararsızdır; Taxıl Fondunda isə 3 ay yarımlıq ehtiyat qalıb...
Devalvasiyanın fonunda ölkədə un və un məhsullarının bahalaşması da narahatlıq yaradır. Uzun illər hökumətin kənd təsərrüfatına yardım etdiyi bildirilsə də, reallıq odur ki, taxıl hələ də xaricdən idxal edilir. Üstəlik, əksər ekspertlər ölkədə əkilən taxılın yemək üçün yararsız olduğunu vurğulayırlar. Taxıl Fondu da bu səbəbdən ehtiyatını xarici idxaldan toplayır.

Ekspert Qalib Toğrul məsələ ilə bağlı musavat.com-a bildirib ki, ölkədə əhalinin əksəriyyəti əkinə yararlı sahələrdə taxıl əksə də, məqsəd başqadır: “Taxıla əlavə dotasiya verilir. Yanacağa verilən puldan əlavə, taxılın da hektarına 40 manat verilir. Azərbaycanın müxtəlif bölgələrində əksər hallarda taxılı əkirlər, sonra isə yığmırlar. Yəni subsidiya alandan sonra proses maraqlı deyil. Məqsəd taxılı yetişdirmək, becərmək deyil. Məqsəd dotasiyadan bəhrələnməkdir. Statistikaya görə, Azərbaycanda 2,9 milyon ton taxıl istehsal olunur. Onun da 1,7 milyon tonu buğdadır. Taxılla bağlı ehtiyat fondu var, dövlətin Taxıl Fondu var. Həmin Taxıl Fonduna hər il taxıl alınması ilə bağlı elan verilir. Ancaq heç vaxt Taxıl Fonduna yerli istehsal olunan taxıldan bir kiloqram da alınmır. Çünki bizim istehsal etdiyimiz taxıl həmin Taxıl Fondunun standartlarına uyğun gəlmir. Bizim istehsal etdiyimiz taxıldan əslində heç yemək üçün istifadə etmirik. Bəlkə lokal şəkildə istifadə olunur, kiçik sahədə əkən insanlar istifadə edirlər. Amma bazara, çörək sexlərinə xarici istehsal gətirilir. Xaricdən hər il təxminən 1 milyon 500 min ton buğda idxal edirik, 1 milyon 800 min ton da özümüz istehsal edirik. Bunlar üst-üstə 3 milyon 300 min ton taxıl edir. Azərbaycanın istehlakı, tələbatı haradasa 1 milyon 300 min tondur. Yəni belə çıxır ki, əgər xaricdən bu qədər taxıl idxal ediriksə, bizim özümüz istehsal etdiyimiz taxıldan yemək kimi istifadə etmirik. Biz xaricdən aldığımız taxılın hesabına yaşayırıq. Taxıl Fondunda 750 min ton taxıl var. Taxıl Fondu ancaq fövqəladə hallarda, qiymətlər kəskin artan vaxtlarda istifadə oluna bilər. Bizdə taxılın, buğdanın, unun qiyməti artıb. Belə çıxır ki, hökumət hesab etmir ki, bazara müdaxilə olunmalıdır. O taxıl daha qara günlər üçün saxlanılır”.

Ekspert Rəşad Həsənov isə bildirib ki, taxıl ehtiyatı ilə bağlı 2015-ci ilin yekunları acıqlanmasa da, ilin əvvəlinə qalıq 0,86 milyon ton olub: “2013 və 2014-cü ilin nəticələrinə diqqət etsək, görərik ki, ölkənin illik buğda tələbatı təxminən 3 milyon tondur. Bunun da 2,1 milyon tonu ərzaq məqsədi ilə istifadə edilir. Əvvəlki 3 ilin orta göstəricisinə diqqət etsək, görərik ki, Azərbaycanda yerli buğda istehsalı təxminən 1,4-1,5 milyon tondur. Yəni ölkədaxili tələbatın təxminən 50 faizi idxaldan asılı vəziyyətdədir. Digər tərəfdən, idxal olunan buğda ərzaq məqsədi ilə istifadə olunur. Çünki yerli istehsal keyfiyyət baxımından ərzaq məqsədli istifadə standartlarından geri qalır. Məhz bu səbəbdən vurğulamaq olar ki, ölkə ərzaq məqsədli buğda tələbinin ödənilməsində 70 faiz idxaldan asılı vəziyyətdədir. O ki, qaldı ölkənin taxıl ehtiyatına, məsələn 2015-ci ilin əvvəlinə olan qalıq ehtiyat 2014-cü illə müqayisədə 42 faiz az olub və bu ehtiyat ölkənin təxminən 3 ay yarımlıq ehtiyacını qarşılaya bilər”.

Qeyd edək ki, dekabrın 22-sindən etibarən çörəyin qiyməti dəyişməsə də, çəkisi azaldılıb. Müvafiq qurumlar isə buna vadar olduqlarını açıqlayırlar. Yeni ilin ilk günündən etibarən 40 qəpiyə satılan və çəkisi azalan zavod çörəyinin qiyməti 10 qəpik bahalaşıb. Əgər doğrudan da Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına uyğun olaraq ölkə üzrə 2015-ci ildə 2,9 milyon ton taxıl istehsal edilibsə və əhalinin taxıla olan tələbatının 70-75 faizi ödənilirsə, qiymət, cüzi idxala (20-25 faiz) görə niyə bahalaşmalıdır? Ekspert Vahid Məhərrəmov məsələ ilə bağlı modern.az saytına deyib ki, Azərbaycanda bütün sahələrdəki kimi, çörək istehsalı sahəsində də inhisarçılıq yaranıb: “Ərzaq buğdasının idxalı, emalı, çörəkbişirmə tamamilə bir neçə nəfərin əlində cəmləşib. Bəzi çörək istehsalı ilə məşğul olan az sayda sərbəst kiçik müəssisələr olmasına baxmayaraq, Bakı şəhərində həlledici mövqe inhisarçıların əlindədir. Bazarda çörəyin qiymətini onların ”görünməz əli" müəyyən edir. Prezident də bildirmişdi ki, xarici valyuta ilə alınaraq, ölkəyə idxal olunan məhsulların qiyməti artırıla bilər. Bu məhsulların sırasına ərzaq buğdası və ondan alınan un, həmçinin, həmin undan əldə olunan çörək də daxildir".

Ekspertin sözlərinə görə, məsələ ilə bağlı xeyli sayda şikayət alıb: “Yerlərdən aldığım məlumatlara əsasən, buğdanın qiyməti iki dəfə, unun qiyməti 50 faiz, çörəyin qiyməti isə 30 faizdən çox artıb. Belə davam edərsə, qiymət artımı daha ciddi, daha qabarıq özünü göstərəcək”.

Vahid Məhərrəmov deyib ki, Azərbaycanın ərzaq buğdası tamamilə idxaldan asılıdır: “Dövlət Statistika Komitəsi və Gömrük Komitəsinin məlumatlarına əsasən, əminliklə deyirəm ki, Azərbaycan ərzaq buğdasına olan ehtiyacını tamamilə idxal hesabına ödəyir. Bizim ərzaq buğdasına olan ehtiyacımız 1 milyon 300 min ton olduğu halda, son illər ölkəyə 1 milyon 700 min ton taxıl idxal olunub ki, bunun da 1 milyon 500 min tonu buğdadır”. Onun sözlərinə görə, “Azərbaycanda 65-70 faiz ərzaq buğdası istehsal olunur” fikri tamamilə cəfəngiyyatdır: “Ölkədə heç 1 milyon ton buğda istehsal olunmur. İstehsal olunanın da keyfiyyəti aşağı olduğu üçün mal-qaraya yedizdirilir. Daxildə istehsal olunan və Dövlət Taxıl Fondunun qəbul etdiyi 5-10 min ton taxıl isə məmur-oliqarxların məhsuludur. Azərbaycan ərzaq buğdasına olan ehtiyacını 100 faiz idxal hesabına ödəyir. İdxaldan asılılığımız digər mallar və məhsullar üzrə də getdikcə artır”.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor