Çörək bahalaşmayıb, çəkisi azalıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 24-12-2015, 23:33 | Şərh sayı: (0) | Baxılıb: 264
Çörək bahalaşmayıb, çəkisi azalıb
Ötən gündən ölkədə unun qiyməti qalxıb. Təbii ki, bu vəziyyət çörək satışına da təsirsiz ötüşə bilməzdi.
Ixlas.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hazırda Şəkidə çörəyin qiymətində artım müşahidə olunmur. Sakinlər çörəyi əvvəlki qiymətə alsalar da, çəkinin azaldığını bildirirlər.
Vəziyyət çörək və çörək məhsulları istehsalı ilə məşğul olan sahibkarların işinə də mənfi təsir edib. Belə ki, əgər unun qiyməti qalxıbsa, bu, istər-istəməz çörəyin qiymətinə də təsir etməlidir. Çörək sexlərində isə hazırda çəkini azaltmaqla bunu kompensasiya etməyə çalışırlar.
Qeyd edək ki, iki gün öncə ölkədə unun 50 kiloluq kisəsi 19 manata idisə, hazırda bu qiymət 28 manata qədər yüksəlib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər