"Yeni problemləri köhnə qaydalarla həll etmək mümkün olmayacaq" - Qubad İbadoğlu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 14:13 | Şərh sayı: (0) | Baxılıb: 236
"Yeni problemləri köhnə qaydalarla həll etmək mümkün olmayacaq" - Qubad İbadoğlu
Sosial ədalətsizlikdən və bahalaşmadan narazı olanları dinləmək əvəzinə onları qorxu altında saxlamaq və həbs etmək problemin həlli deyil
Musavat.com xəbər verir ki, iqtisadçı-alim Qubad İbadoğlu sosial şəbəkədə yeni yazlı ilə çıxış edib. Həmin yazını təqdim edirik:
Nazirlər Kabinetinin son müşavirəsindən keçən 5 gündə hökümət orqalarının, güc strukturlarının və Mərkəzi Bankın yanaşması göstərdi ki, hazırkı hakimiyyət yeni situasiyada meydana gələn iqtisadi problemləri köhnə təfəkkür və üsul-idarə ilə həll etmək niyətindədir.
Görsənən odur ki, göstərişlə çörəyin qiyməti endirilir, dubinka ilə sosial narazılıq yatırdılır və dolların satışına məhdudiyyət qoyulmaqla manatın sabitləşməsinə çalışılır. Amma gedən proseslərin təhlili və müşahidələr göstər ki, seçilmiş çıxış yolu əks effekt verə bilər. Qiymətlər üzərində total nəzarət və yoxlamadan narazı sahibkarlar iqtisadi sabotaja əl ata bilər, bu isə xüsusilə də ərzaq mallarının qitlığına gətirib çıxaracaq.
Sosial ədalətsizlikdən və bahalaşmadan narazı olanları dinləmək əvəzinə onları qorxu altında saxlamaq və həbs etmək problemin həlli deyil, münasibətlərin gərginləşməsinə xidmət edəcək.
Mərkəzi Bankın sistemsiz və ziddiyyətli qərarları ilə dollar satışının məhdudlaşdırılması isə manatı daha da zəiflədəcək. Çünki, bir şeyi nəzərə almaq lazımdır ki, artıq milli iqtsiadiyyatımız geriyə doğru hərəkətə başlayıb və bunun sosial fəsadlarını da ilk növbədə sadə vətəndaşlar çəkir.
Odur ki, köhnə və inzibatı tənzimləmə vasitələrindən sürətlə müasir və bazar tənzimləməsi üsullarına keçidi təmin edəcək islahatlara başlamaq lazımdır. Təbii ki, belə islahatların da məlum ağrıları və çətinlikləri olacaq, amma sonu olmayan bizi dalana aparan iqtisadi inzibatçılıqdansa, bir müddətdən sonra pozitiv nəticələrə gətirib çıxaran liberallıq daha yaxşıdır.
Unutmayaq ki, ölkəyə yeganə valyuta gətirən neftin dünya bazar qiyməti gündən günə ucuzlaşır, artıq qiymət psixoloji 30 dollardan da aşağı düşüb, bununla yanaşı hasilat da aşağı düşür, onun xərcləri də artır. Bu isə valyuta gəlirlərində ciddi azalmaları şərtləndirir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər