İntihara cəhd edən şəxs: "Dükana 600 manat borcum var" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 08:21 | Şərh sayı: (0) | Baxılıb: 280
İntihara cəhd edən şəxs: "Dükana 600 manat borcum var"
“Uşağım dünən məndən 10 qəpiklik “suxarik” istəyib, ala bilməmişəm. Düz bir saat ağlamışam. Allaha and olsun, yoldaşım dedi ki, əyin-baş da istəmirəm, elə edək bu uşaqlar dolansın. Dünən bir-birimizin üzünə baxıb ağlamışıq. Sonra da...”
İki uşaq atası 38 yaşlı Ramil Allahverdiyev Ağcabədidə özünü beşmərtəbəli binanın damından atmaq istəyib. Amma özünü atmazdan öncə sözünü demək istəyib, aşağıdakılara səslənib. Dərdini deyib. Deyib ki, 6 və 16 yaşlı iki balasına çörək ala bilmir, iş tapa bilmir, çarəsizdir.
Məcburi köçkünlərin qəsəbəsində az sonra hamı ora yığışıb, hamı dolanışıqdan şikayətlənib, sonra da polis, icra başçısı gəlib. Ramil Allahverdiyevi damdan düşürüblər.
İntihara cəhd edən şəxs bildirib ki, bahaçılıqdır, iş yoxdur, iş üçün neçə yerə getsə də tapa bilməyib: "Gəldim evə, dükançiya bir aləm borcum var, dedim ki, iki çörək ver, qayıtdı ki, borcun çoxdur, vermirəm. Həmişə pulunu gözləyib. Amma bu dəfə dedi ki, qardaş, mənim də vəziyyətim pisdir, başa düş. Bu saat dükana 600 manat borcum var, 450 manat da qonşudan alıb uşağımı həkimə aparmışam. Elə mən çörək almaq istəyəndə o da gəldi ki, xəstəm var, pulumu qaytar. Elə pis vəziyyətə düşdüm ki... Gedib heç kimi bədbəxt etmək istəmədim, dedim elə özümü bədbəxt edim. Özümü atmaq istədim. Amma qoymadılar. Düzdür, şəraitimiz var, yaxşıdır. Amma iş yoxdu. Bəs mən balamı nəylə dolandırım? Başımı götürüm gedim, ailəm də qalsın burda? Mən də istəyirəm ailəmi öz qazancımla dolandırım. Alnımaçıq, üzümağ. Oğurluq etmirəm, kiməsə sataşmıram. Tələbim odur ki, qardaş, iş verin. Mənim pulum olmadı un almağa, uşağıma çörək almağa. Unun kisəsi 28-38 manatdır. Mən yol kəsmək, baş kəsmək istəmirəm, halal zəhmətimlə, kimsənin qabağında əyilmədən balama çörək yedirmək istəyirəm. Tək mən deyiləm bu vəziyyətdə.
Uşağım dünən məndən 10 qəpiklik "suxarik" istəyib, ala bilməmişəm, oturub düz bir saat ağlamışam. Necə edim, neyləyim? Artıq dözə bilmədim. Ona görə ora çıxdım dama.
Mən lap səhər saat 6-dan axşam saat 10-a kimi işləməyə hazıram. Təki borcumu verim"./Azadlig.org/
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər