Həzrət Əli (ə) ilə bir gün |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 14-05-2015, 23:24 | Şərh sayı: (0) | Baxılıb: 616
Həzrət Əli (ə) ilə bir gün
Bəsrə əhlindən olan Əbu Mətr deyir: Kufə məscidindən çıxanda arxadan bir kişi nida çəkdi: "Əgər müsəlmansansa, libasını qaldır, saçını qısalt.”
Onun arxasınca getdim. Əynində rida vardı. Üzünü niqabla örtmüşdü. Bədəvi ərəblər tək əlində qamçı tutmuşdu. Bu adamın kimliyini soruşdum. Bir şəxs dedi: "Deyəsən qəribsən? Dedim: "Bəli, Bəsrədənəm.” Dedi: "O Əmirəl-möminin Əlidir (ə).” Onun arxasınca getdim. Dəvə bazarının yerləşdiyi Bəni-mühit məhəllinə çatanda buyurdu: "Satın, amma and içməyin. And bərəkəti aradan qaldırır.” Sonra xurma bazarına gedib yol kənarında ağlayan kənizdən göz yaşlarının səbəbini soruşdu. Kəniz ərz etdi: "Bu kişidən aldığım xurmanı ağam bəyənməyib. O isə geri qaytarmaq istəmir. İmam satıcıya buyurdu: "Xurmanı geri götür, pulunu qaytar. O xidmətçidir, ixtiyar sahibi deyil.” Həmin şəxs imamı geri itələdi. Soruşdum ki, onu tanıyırsanmı. O Əmirəl-möminin Əli ibn Əbi Talibdir (ə).” Kişi cəld xurmanı kənizdən aldı və pulunu qaytardı. Sonra həzrət Əliyə (ə) ərz etdi: "Məndən razı qalmağını istəyirəm.” Həzrət buyurdu: "Xalqın haqqını lazımınca ödəsən məni daha çox razı salmış olarsan!”
Sonra xurma satanların arasından ötərək onlara buyurdu: "Xurmadan yoxsullara verin ki, Allah qazancınızı bərəkətli buyursun.” Yoluna davam edib balıq satanlara çatdı. Ətrafdakı müsəlmanlara üz tutub buyurdu: "Diqqətli olun, suda ölmüş balığı satmaq qadağandır.”
Daha sonra köynək satılan bir dükana girib buyurdu:"Üç dirhəmlik bir köynək istəyirəm.” Dükan sahibinin onu tanıdığını hiss edib oradan uzaqlaşdı. Başqa bir dükana üz tutdu. Üç dirhəmlik bir köynək alıb əyninə geyindi. Allah dərgahına üz tutub şükr etdi. Həmd olsun Allaha, mənə yaxşı libas əta etdi. Bu libasla eyibimi örtüb bəzəndim. Ona dedilər: "Ya Əmirəl-möminin! Bu öz sözünüzdür, yoxsa peyğəmbərdən eşitmisiniz?” Buyurdu: "Həzrət Peyğəmbər (s) geyinəndə belə deyərdi. Həmin vaxt köynək satan şəxsin atası dükana çatdı. Ona bildirdilər ki, oğlun Əmirəl-mömininə üç dirhəmə köynək satdı. Kişi oğlunu danladı ki, nə üçün iki dirhəmdən çox alıb? Kişi bir dirhəm götürüb, özünü Əmirəl-mömininə yetirdi. Dedi: "Bu bir dirhəmi al.” Köynəyin qiyməti iki dirhəm idi.” Həzrət buyurdu: "Razılığımla satıb, razılığı ilə almışam.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər