"4 saat qayıqda, yarım saat suyun içində gözlədim" - Qazmaçı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-12-2015, 15:40 | Şərh sayı: (1) | Baxılıb: 621
"4 saat qayıqda, yarım saat suyun içində gözlədim" - Qazmaçı
Ailəm gözümün qarşısına gəldi, ölümü heç bu qədər yaxından hiss etməmişdim. Qəribə haldır.
Bu sözləri qafqazinfo-ya bölünən qayıqdan sağ qurtulan Faiq Cəfərov deyib. Qazma ustasının sözlərinə görə hadisə baş verən zaman hava şəraiti həddindən artıq pis olub:
"Biz indiyə kimi belə bir şey görməmişik. Hava şəraiti çox pis idi. Əvvəlcə güclü partlayış oldu sonra yanğın başladı. Alov çox hündür olduğundan nə baş verdiyini anlamaq olmurdu. Çox güman ki, xətlərdən hansısa partlamışdı. Biz də göyərtəyə düşdük. Nəfəs almaq mümkün deyildi. Xilasedici qayıqlara mindik. Nəfəs almaq mümkün olsun deyə qayıqları aşağı endirdik. Təxminən 4 saat qayıqda gözlədik. Dalğalar çox güclüydü, qayığımızı vurub sındırdı. Biz də dənizə düşdük. Yarım saata yaxın suda gözləmişəm".
F.Cəfərov bildirib ki, dənizə düşdükdən sonra dalğa onları bir-birlərindən ayırıb və o, digər neftçiləri görə bilməyib:
"Mən olduğum qayıqda təxminən 30 nəfərə yaxın adam var idi. Dalğa bizi vurduğu üçün qayıqda olan digər insanlardan xəbərim olmadı. Ölümə çox yaxın idim. Qayığın bir hissəsindən tutub sağ qalmağa çalışırdım. Qayığın parçasının üstündə durmağa çalışsam da, dalğalar suya atırdı. O vaxt insan heç nə fikirləşə bilmir. Ölümə heç belə yaxın olmamışdım. Bir anlıq ailəm ağlıma gəldi. Sadəcə, məni Allah saxladı və sağ qaldım. Xilasedici qayıq ikimizi çıxarda bildi. Məni və Qənbər Əliyevi".
Qayıqlarda hər hansı bir problem olmadığını qeyd edən qazmaçı qayıqların rezin və ya plastmas yox, hermetik olduğunu bildirib:
"Qayıqlarda hər hansı bir problem yox idi, tutumu da 40-45 nəfərdir. 30-a yaxın adamın bir qayığa minməsi normaldır".
Qeyd edək ki, hazırda Faiq Cəfərovun vəziyyəti stabildir və o, özünü yaxşı hiss etdiyini deyir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər