Böhran məcburi köçkünlərlə bağlı layihəyələrə təsir edəcəkmi? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-12-2015, 16:07 | Şərh sayı: (0) | Baxılıb: 258
Böhran məcburi köçkünlərlə bağlı layihəyələrə təsir edəcəkmi?
Neftin dünya bazarında qiymətinin ucuzlaşması və manatın kəskin devalvasiyası ilə əlaqədar növbəti ildən etibarən büdcədən maliyyələşən layihələrin dayandırılmasına səbəb olacağı gözlənilir.
Bəs 2016-cı ildə mövcud iqtisadi vəziyyət, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün görülən tədbirlərə təsir edəcəkmi?
Məsələ ilə bağlı musavat.com-a Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov danışıb. O bildirib ki, hazırda ölkədə bəhs edilən istiqamət üzrə tikinti işləri davam etdirilir:
“Manatın məzənnəsində dəyişikliyin olmasından bir həftə zaman keçib. Buna görə də növbəti ildə hansı işlərin görüləcəyi, hansılarının dayandırılacağı ilə bağlı məndə məlumat yoxdur. Ümumiyyətlə, bu barədə heç bir məlumat verilməyib. Ancaq 2015-ci ildə Qazax, Zaqatala rayonlarında məcburi köçkünlər üçün yeni salınan yaşayış komplekslərində tikinti işləri yekunlaşdırılaraq, yaşayış evləri tam şəkildə hazır edildi. Bundan başqa, hazırda Sabirabad rayonu ərazisində də məcburi köçkünlər üçün salınan iri yaşayış kompleksində tamamlama işləri aparılır. Yəni indi də bu istiqamət üzrə tikinti işləri davam etdirilir. Ancaq son iqtisadi proseslərin gələcək layihələrə hansı təsir edəcəyini indidən söyləmək çətindir. Bu barədə məlumat əldə etdiyimiz zaman mətbuata açıqlama verəcəyik”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər