İŞİD liderinin müavini məhv edildi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-01-2016, 19:35 | Şərh sayı: (0) | Baxılıb: 320
İŞİD liderinin müavini məhv edildi
İraq Hərbi-Hava Qüvvələrinin Anbar əyalətinə endirdiyi zərbə nəticəsində İŞİD terror qruplaşmasının liderinin müavini məhv edilib.
Virtualaz.org RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə İranın Press-TV telekanalı məlumat yayıb.
“İraq Hərbi-Hava Qüvvələrinin Anbar əyalətinin Barvani rayonuna endirdiyi zərbə nəticəsində İŞİD terror qruplaşmasının rəhbərliyində ikinci adam hesab edilən, başçı Əbu Bəkr Əl-Bağdadinin müavini Assi Əli Nasir Əl-Obeydi öldürülüb”, - deyə məlumatda bildirilir. “Kərkük əyalətinin Havica şəhərindən olan İraq ordusunun keçmiş polkovniki Assi Əli Nasir Əl-Obeydi fərariliyə görə həbs edilərək bir müddət “Əbu-Qreyb” həbsxanasında saxlanılıb. 2013-cü ildə həbsxanadan qaçan Əl-Obeydi İŞİD-in komandirlərindən biri olaraq özünə Əbu Ömər əl Obeydi adı götürüb. O həmçinin İŞİD-in hərbi şurasına rəhbərlik edib”, - deyə telekanal vurğulayıb.
Yeri gəlmişkən, bundan əvvəl İraq hərbçiləri terror qruplaşmasının mətbuat katibi Məhəmməd əl-Ədnanini yaralanması barədə xəbər vermişdilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər