İraq hərbçiləri Ər Ramadidə İŞİD liderlərindən birini əsir götürüblər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-12-2015, 21:15 | Şərh sayı: (0) | Baxılıb: 312
İraq hərbçiləri Ər Ramadidə İŞİD liderlərindən birini əsir götürüblər
İraq ordusu Ər Ramadi şəhərində İŞİD terror qruplaşmasının liderlərindən birini əsir götürüblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saxlanılan terrorçunun kimliyi hələlik aşıqlanmır.
Qeyd edək ki, İraq ordusu ölkənin qərbindəki Anbar əyalətində terrorçulara qarşı irimiqyaslı əməliyyatı davam etdirir. Əməliyyata Hərbi-Hava Qüvvələri, könüllü dəstələr və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviasiyası cəlb olunub. İraq ordusu dekabrın 22-dən əyalətin inzibati mərkəzi hesab edilən Ər Ramadi şəhərinin mərkəzinin terrorçulardan təmizlənməsi əməliyyatına başlayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər