İran özünə Ermənistandan yol açır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-01-2016, 19:18 | Şərh sayı: (0) | Baxılıb: 291
İran özünə Ermənistandan yol açır
Tehran Ermənistan vasitəsilə Gürcüstana təbii qazın nəql edilməsi üçün rəsmi Tiflislə danışıqlar aparır.
APA-nın məlumatına görə, bu barədə İranın "Press TV" telekanalı İranın Milli Qaz Şirkətinin nümayəndəsi Əli Rza Kamiliyə istinadən xəbər yayıb.
"Gürcüstanla əldə olunmuş razılığa əsasən, biz qazı Ermənistanla sərhədədək çatdırmalıyıq, Gürcüstan isə onu Ermənistanla sərhəddə almalıdır. Bununla yanaşı, razılaşma iqtisadi baxımdan Gürcüstan üçün sərfəli olmalıdır", - deyə Kamili bildirib.
Telekanalın məlumatına görə, qaz tədarükünün həcmi 300-500 mln. kubfut təşkil etməlidir.
Ə. Kamili vurğulayıb ki, Gürcüstana tədarük olunacaq təbii qaz ancaq ölkənin daxili tələbatını ödəmək üçündür. Şirkət rəsmisi həmçinin qeyd edib ki, İran qazının Avropaya boru vasitəsi ilə nəql olunması məsələsi gündəmdə deyil. Çünki Avropa İttifaqı sıxılmış təbii qazın tədarükündə daha maraqlıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər