Məhkəmə Suriyada İŞİD-in tərkibində döyüşən azərbaycanlıya ağır cəza verib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-12-2015, 15:19 | Şərh sayı: (0) | Baxılıb: 305
Məhkəmə Suriyada İŞİD-in tərkibində döyüşən azərbaycanlıya ağır cəza verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq Suriya və İraqa gedərək orada terror təşkilatlarına qoşulmaqda təqsirləndirilən Elşən Adilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İxlas.az-ın "Report"a istinadla verdiyi məlumata görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Adilov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Elşən Adilov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriyanın və İraqın ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının fəaliyyətində iştirak edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər