Ukraynadan Rusiya məhsullarına qadağa |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-01-2016, 20:01 | Şərh sayı: (0) | Baxılıb: 252
Ukraynadan Rusiya məhsullarına qadağa
Ukrayna hökuməti ölkəyə gətirilməsinə qadağa qoyulan Rusiya ərzaq məhsullarının siyahısını təsdiq edib.
İTAR-TASS xəbər verir ki, müvafiq qərar Ukrayna hökumətinin saytında yerləşdirilib.
Siyahıda ümumilikdə 43 məhsulun adı var. Bura çörək və çörək məhsulları, undan hazırlanmış şirniyyat və qənnadı məmulatları, ət, yağ, qəhvə, qara çay, uşaq qidaları, filtrli siqaretlər, pivə, araq və s. məhsullar daxildir.
Bildirilir ki, bu qərar yanvarın 10-dan avqustun 5-dək və ya Ukrayna kənd təsərrüfatı məhsullarının Rusiyaya buraxılmaması barədə Moskvanın məlum qərarı dəyişdirilənədək qüvvədə olacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər