Putini qəzəbləndirən saziş qüvvəyə mindi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-01-2016, 09:00 | Şərh sayı: (0) | Baxılıb: 298
Putini qəzəbləndirən saziş qüvvəyə mindi
Yanvarın 1-dən Ukraynanın Avropa Birliyi ilə imzaladığı sərbəst ticarət sazişi qüvvəyə minib.
Ukrayna sazişi 2014-cü ilin iyununda imzalamışdı. Bundan sonra Rusiyanın etiraz və təhdidləri ilə üzləşmişdi.
Bu saziş Ukraynaya öz mallarını gömrük rüsumu olmadan Avropa bazarına çıxarmaq imkanı verir. Bu saziş Moskvanın Kiyevlə münasibətlərinin pisləşməsinin başlıca səbəbidir.
Sovet dövründən əlaltısı olmuş bir ölkənin birdən-birə Qərbə üz tutması Rusiyanın hiddətləndirib.
Ukraynanın sabiq prezidenti Yanukovich 2013-cü ildə Kremlin təsiri nəticəsində həmin sazişi imzalamaqdan imtina etmişdi.
Bu saziş Ukraynada kütləvi etiraz aksiyalarına, Yanukovichin devrilməsinə, Krımın Rusiya tərəfindən ilhaq edilməsinə və nəhayət, Rusiyanın dəstəyilə Ukraynanın şərqində separatçıların üsyanına səbəb olmuşdu.
Yanvarın 1-dən Rusiyanın cavab tədbiri kimi Ukraynaya ərzaq embarqosu başlayır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər