Azərbaycanda satılan bu dərmanlara ALDANMAYIN |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-12-2015, 19:28 | Şərh sayı: (0) | Baxılıb: 288
Azərbaycanda satılan bu dərmanlara ALDANMAYIN
"Nurofen", "Nurofen Migraine Paine", "Nurofen Tension", "Miqraleve", "Anadin", "Sudafed Sinus", "Nurofen Ekspress", "Feminaks Ekspress"... Bu dərmanlar başağrıları, bel və bədənin müxtəlif əzalarında ağrıları çox qısa zamanda kəsən, həddən artıq effektiv dərmanlar kimi reklam olunur. O da vurğulanır ki, adları çəkilən dərmanlar arasında ciddi fərqlər var.
Həmin dərman preparatlarını Britaniyanın "Reckitt Benckiser" şirkəti istehsal edir.
Şirkət alıcıları aldadır, çünki "dərmanlar arasında fərq olduğu" deyilsə də, əslində bəhs etdiyimiz preparatların istisnasız olaraq hamısı ibuprofen əsasında hazırlanır və faktiki olaraq bu kimyəvi qarışıqdan ibarətdir.
Avstraliyada şirkətin fəaliyyəti araşdırılıb və bəlli olub ki, "effektiv" adlandırılan preparatlar əslində "Nurofen" farmasevtik vasitələrinin ən ucuz məhsulları ilə identikdir. Lakin "effektiv" kimi reklam edilən "Nurofen versiyaları" adi preparatlardan 2 dəfə baha satılır.
Avstraliya Federal Məhkəməsinin qərarına görə, bu preparatların satışı dayandırılmalıdır.
"Reckitt Benckiser" məhkəmənin qərarı ilə razılaşsa da, reklam fırıldaqları edərək alıcıları aldatmaq niyyətində olmadığını bəyan edib.
"Reckitt Benckiser" şirkəti dərman preparatları ilə yanaşı, məişət kimyası, gigiyena və dəriyə qulluq vasitələri də satır, "Clearasil", "Dettol", "Dosia", "Durex", "Finish" təki məhsulları istehsal edir.
Şirkət "Qeviskon" və "Strepsils" preparatlarını da satır.
Rusiyada "Nurofen" və onun "törəmələri"nin apteklərdə reseptsiz satışı qadağan olunub. Avropa Birliyi ölkələrində də belədir.
Azərbaycanda isə bu preparatları istənilən aptekdən reseptsiz almaq mümkündür.
Üstəlik, "effektiv" adlandırılan, əslindəsə tərkibi ibuprofendən ibarət olan dərmanlar "adi" preparatlarla müqayisədə baha satılır.
Belədirsə, pulumuzu verib səhhətimizlə niyə risk edirik?
Orxan Hun
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər