Ərdoğan: "Təyyarənin Rusiyaya məxsus olduğunu bilsəydik..." |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-11-2015, 23:20 | Şərh sayı: (0) | Baxılıb: 301
Ərdoğan: "Təyyarənin Rusiyaya məxsus olduğunu bilsəydik..."
Türkiyə vurulan təyyarənin Rusiyaya məxsus olduğunu bilsəydi, başqa cür addım atardı.
Ixlas.Az APA-ya istinaadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın "France 24" telekanalına müsahibəsində bildirib.
"Təyyarənin Rusiyaya məxsus olduğu bizə məlum olsaydı, biz Türkiyənin hava məkanının pozulmasının qarşısını başqa cür alardıq", deyə Ərdoğan bildirib.
Ərdoğan "France 24" telekanalına müsahibəsində həmçinin qeyd edib ki, vurulan Su-24 təyyarəsinin Rusiyaya məxsus olduğu müəyyən ediləndən sonra rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi yaratmağa çalışıb, lakin o cavab verməyib.
Qeyd edək ki, Türkiyə prezidenti bundan əvvəl "BBC"-yə müsahibəsində Rusiyaya məxsus "Su-24" bombardmançı təyyarəsinin vurulmasına görə Kremldən üzr istəmək niyyətində olmadığını bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər