RSS
 

Login:
Şifrə:
» » «Sovetski»nin köçürülməsi dayanıb?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






«Sovetski»nin köçürülməsi dayanıb?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 19:09 | Şərh sayı: (0) | Baxılıb: 318

«Sovetski»nin köçürülməsi dayanıb?


«Sovetski»nin köçürülməsi dayanıb?


«Nə köçən kimi köçə bilirik, nə də qalan kimi qalırıq. Bu qışın günündə qalmışıq palçığın içində. Bir maraqlanan da yoxdur...».

Paytaxtın «Sovetski» adlanan məhəlləsinin sakinləri deyir ki, hökumət yaşadıqları ərazini bir müddət əvvəl xarabalığa çevirib, orada qalan camaatın vəziyyətini nəzərə almayıb. Ətrafdakı evlərin bir hissəsi sökülüb, ailələr köçürülüb və bu, həmin ərazilərdə qalanların yaşayışını xeyli ağırlaşdırıb.

PUL DA «ÖLDÜ»

Qədirli küçəsinin sakini, 51 yaşlı Lalə Xəlilova deyir ki, təxminən bir il öncə icra strukturlarından bir neçə nəfər onların yaşadığı həyətə gələrək, evlərin sahəsini ölçüb-biçiblər. Deyiblər ki, Novruz bayramına qədər köçürüləcəklər:

«O gedən getdilər, heç bir xəbər yoxdur. İkinci Novruz gəlir, hələ də buradayıq. Biz heç kimə yalvarmırıq ki, niyə köçürmürsünüz? 50 ildən çoxdur burada yaşayıram, Allah bundan sonra nə qədər ömür versə, elə burada da yaşamaq istəyərəm. Söhbət ondan gedir ki, bizə qəti söz demirlər. Biz də bilək ki, qalırıq, yoxsa köçürük, işimizi də buna görə quraq. Yoxsa bu nədir, camaatı adam yerinə qoymurlar, konkret heç nə demirlər ki, biz də işimizi bilək. Qardaşımın oğlu nişanlıdır, toy eləmirik, gözləyirik ki, bunlardan nə xəbər çıxacaq. Bilsək ki, qalırıq, evə bir az əl gəzdirərik, gəlin gətirərik. Qorxuruq ki, təmirə pul xərcləyərik, sonra da gəlib deyərlər ki, köçürsünüz».

Lalə Xəlilovanın sözlərinə görə, xeyli vaxtdır ətrafda söküntü işləri getmir. Elə qohum-qonşu arasında da söz-söhbət gəzir ki, «Sovetski»nin köçürülməsi prosesi dayandırılıb: «Deyilənə görə, neftin ucuzlaşmasından sonra hökumətin pulu yoxdur «Sovetski»ni köçürməyə. Biz də qalmışıq belə... Üstəlik, o qədər uzatdılar ki, pul da «öldü». İndi bizi köçürsələr də, kvadratı 1500 manatdan verilən pula nə ala biləcəyik? Bir tərəfdən evlərimizin sahəsi az, o biri tərəfdən də dollar qalxdı».

​«DÖVLƏTİN BUNA PULU YOXDUR»

Abdulla Şaiq küçəsinin sakini Yaşar Quliyev də söküntü prosesinin yarımçıq qalmasından narazıdır. Deyir ki, ətrafda sökülmüş evlərin bir qisminin dağıntıları heç ərazidən təmizlənməyib. Buna görə də yağış yağanda palçığa qərq olurlar:

«Yaxud da külək əsəndə zir-zibilə görə küçədə addım atmaq olmur. Bir tədbir görən də yoxdur. Fikirləşmirlər ki, axı burada qalıb yaşayanlar adamdır, onları bu vəziyyətə salmaq olmaz».

Yaşar Quliyevin sözlərinə görə, 2014-cü ilin sonlarında icra hakimiyyətindən gəlib, evlərin sənədlərini yığıblar. Amma üstündən bir ildən çox keçsə də, səs-səmir yoxdur:«Deyilənə görə, hökumət «Sovetski»ni köçürmək planını dayandırıb. Yəni köçən köçdü, qalanlar isə bundan sonra da qalacaq. Çünki köçürmək üçün böyük pullar lazımdır, neft ucuzlaşdığından, dövlətin buna sərf olunası pulu yoxdur. Əgər həqiqətən belədirsə, hökumət əvvəlcədən yüz ölçüb, bir biçməmiş bu boyda yükün altına niyə girirdi? Niyə xaraba qoydular bu məhəllələri?».

«ELƏ BİL BOMBALAYIBLAR»

Vidadi küçəsində yaşayan Ağakərim Mehdiyev də hökuməti plansız iş görməkdə qınayır. Deyir ki, hökumətin natamam işinə görə özü və ailəsi, həmçinin ətrafda yaşayan onlarla ailə çətin vəziyyətə düşüb:

«Axı insanın yaşayışı təkcə evinin içindən ibarət deyil, yaşadığımız küçə, qəsəbə də abad olmalıdır. Burada isə hər yer dağınıqdır. Ayağını evdən çölə qoyursan, sanki müharibədən çıxmış ərazidir. Elə bil bombalayıblar, evlərin bir hissəsi dağılıb, qalanı da qalıb. Belə yaşayış olar? Daha ortada da görünmürlər, əvvəllər tez-tez gəlib-gedərdilər. Neçə aydır, nə məmurlardan gəlib-gedən var, nə də söküntü aparan maşınlar gözə dəyir. İndi deyirlər ki, söküntünü başa çatdırmaq üçün pul yoxdur. Hər şeyi əvvəldən hesablamaq lazım idi. Plansız iş görəndə belə olar da...».

​«KÖÇÜRÜLMƏ MƏRHƏLƏLİ APARILIR»

Amma hökumət rəsmiləri plansız iş görülməsi barədə deyilənlərlə razılaşmırlar. Yasamal rayon İcra Hakimiyyətinin Rayon Təsərrüfatı Şöbəsinin müdiri Şahin Məmmədov AzadlıqRadiosuna bildirib ki, «Sovetski»nin köçürülməsi prosesinin dayandırıldığı haqda deyilənlər doğru deyil, proses davam edir: «Bu, bir günün içində həll olunası məsələ deyil axı. Köçürülmə mərhələli şəkildə aparılır».

Şahin Məmmədov deyir ki, köçürülmə prosesində vətəndaşlarla icra hakimiyyəti arasında ciddi problem də yoxdur: «Əvvəlcədən deyildiyi kimi, hər kvadratmetr üçün 1500 manatdan kompensasiya ödənilir. Ciddi narazılıq halları yoxdur».

«Sovetski» sakinlərinin məhkəmə mübahisələrinə gəlincə, şöbə müdirinin sözlərinə görə, bu cür hüquqi çəkişmələr, əsasən, dövlət orqanlarına qarşı deyil, eyni ünvanda yaşayan, yaxud qeydiyyatda olan qohumlar, qonşular arasında baş verir.

azadliq.org



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor