Hökumətin qadağan etdiyi küçə ticarəti: qəzetdən başqa nə istəsən satmaq olar... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-12-2015, 13:16 | Şərh sayı: (0) | Baxılıb: 315
Hökumətin qadağan etdiyi küçə ticarəti: qəzetdən başqa nə istəsən satmaq olar...
Son günlər paytaxt Bakıda küçə ticarəti yenidən geniş şəkildə yayılmağa başlayıb. Artıq əksər metrostansiyaların çıxışlarında, insanların sıx olduğu yerlərdə səyyar ticarət obyektlərinə rast gəlmək mümkündür.
Bunların çoxu Yeni il bayramı ilə əlaqədar ticarət nöqtələridir. Bu hal həmçinin Novruz bayramı ərəfəsində də müşahidə olunur. Lakin bayram ticarətindən əlavə paytaxtda əksər yerlərdə küçə alveri vüsət alıb.
2014-cü ilin əvvəlindən qadağan olunan küçə ticarəti əsasən qəzet və jurnalların səyyar satışına qoyulan qadağa ilə başlamışdı. Bu qadağa daha sonra bütün ticarət növlərinə şamil edildi. Baş nazir Artur Rasizadənin qərarı ilə küçə ticarəti tamamilə qadağan edildi. Avropa Oyunları ərəfəsində isə Bakı küçələrində nəinki küçələrdə ticarət adına nəyinsə olmamasına xüsusi nəzarət vardı. İndi isə vəziyyət dəyişib.
İndi çoxları çox şey satır – qəzetdən başqa. Qəzet satışına yalnız Bakı Şəhər İcra Hakimiyyətinin quraşdırdığı köşklərdə icazə verilir. Qəzetlərin səyyar satışı isə hələ də qadağandır – düz iki ildir.
O zaman, BŞİH qəzet və jurnal satışına qadağanı belə əsaslandırmışdı: “Bu qərar Bakının abadlaşdırılmasını, gözəlləşdirilməsini səbəbindən verilib. Küçə ticarəti paytaxtın estetik görünüşünü korlayır”.
Nədənsə indi Bakının abadlığı, gözəlləşməsi, estetik görünüşü unudulub. Sürətlə yayılmağa başlayan küçə ticarətinə nə müvafiq icra hakimiyyətləri, nə də polis nəzarət edir.
Onu da qeyd edək ki, küçə ticarətinin qadağan edilməsindən bir müddət sonra Suraxanı Rayon Polis İdarəsinin rəisi polis polkovniki Məmməd Mikayılov vəzifədən uzaqlaşdırılmışıdı.
Buna səbəb polis rəisinin küçə ticarəti ilə mübarizədə nöqsanlara yol verməsi idi.
İlkin Muradov
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər