Başlandı: Bakının mərkəzində 1000 ev və obyekt SÖKÜLƏCƏK |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-12-2015, 19:51 | Şərh sayı: (0) | Baxılıb: 347
Başlandı: Bakının mərkəzində 1000 ev və obyekt SÖKÜLƏCƏK
Bakının yol-nəqliyyat infrastrukturunun yenilənməsi, nəqliyyat vasitələrinin azad və maneəsiz hərəkətini təmin etmək üçün "Azəryolservis" bir sıra layihələri həyata keçirir.
Bakının Yasamal rayonundakı Balababa Məcidov və Abdulla Şaiq küçələrinin rekonstruksiyasıdır. Layihə çərçivəsində küçələrin asfalt örtüyünün yenilənməsi ilə yanaşı, yüzlərlə obyekt və tikili söküləcək.
Hazırda enləri 8-9 metr olan küçələrin eni rekonstruksiyadan sonra 15 metrə bərabər olacaq. İnşaat zonasına düşən bütün yaşayış binaları və qeyri-yaşayış tikililərinin sökülməsi nəzərdə tutulub.
Proses artıq başlanıb.
Layihə 1090 ev və obyektin sökülməsini nəzərdə tutur.
İşlərin nə zaman başa çatacağı bəlli deyil.
Yasamal Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, söküntü işlərinin başlayacağı barədə sakinlərə aylar əvvəl yazılı xəbərdarlıq yollanıb. Sökülən evlərin sakinlərinə hər kvadratmetr üçün 1500 manat kompensasiya veriləcək.
Kompensasiya evin və ya obyektin sənədlərinin olub-olmamasına rəğmən ödənir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər