Bakıda icarə haqları kəskin düşür |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-12-2015, 23:00 | Şərh sayı: (0) | Baxılıb: 206
Bakıda icarə haqları kəskin düşür
Üçüncü rübdə dövlətin iqtisadiyyata sərmayə qoyuluşu ilin birinci yarısındakından 8 dəfə az olub.
Bakının mərkəzində, necə deyərlər, işlək obyektlərin bir çoxunun qapı-pəncərəsində "icarəyə verilir" elanları gözə dəyir.
Hökumət evinin arxası - Üzeyir Hacıbəyov küçəsində əvvəllər qızıl və digər zinət əşyaları satılan dükanların az qala hamısında bu cür elanlara rast gəlmək olur. Belə dükanlardan birinin sahibi (adının çəkilməsini istəmədi) deyir ki, ötən il ayı 2500 manata verdiyi 30 kvadrat metrlik obyektə 4 aydır 1500 manatdan icarəçi tapa bilmir.
"6-7 AYDIR VƏZİYYƏT LAP PİSLƏŞİB"
Ayrı bir dükan sahibi deyir ki, icarə qiymətlərini endirmək də müştəri tapmaq istəyənlərə kömək edə bilməyib.
"Bizim oybekt şəhərin mərkəzində - Rəsulzadə küçəsində yerləşir. Ötən ilə qədər obyekti 14 min 700 manata icarəyə verirdik. İndi ayı 10 min manata verə bilmirik. 195 kvadrat metrlik obyektdir. 6-7 aydır vəziyyət belədir. Bir icarəçi tapdıq, o da iki ay işləyib çıxdı. Alış yoxdur deyə, camaat obyektləri boşaldır. Bu da iqtisadi vəziyyətə görədir".
BİR İLDƏ 23 FAİZLİK UCUZLAŞMA...
Bu ilin noyabrında Bakıda kommersiya məqsədi ilə istifadə edilən əmlakın satış qiyməti orta hesabla 2 faiz, icarə qiyməti isə 3 faiz aşağı düşüb. Buna səbəb kimi ölkə iqtisadiyyatındakı böhran göstərilir.
2014-cü ilin avqustundan dünya bazarında neft ucuzlaşır. Bu da, özəlliklə, neftdən asılı olan ölkələrin iqtisadiyyatına təsir edib.
"MBA" Konsaltinq və Qiymətləndirmə Şirkətinin hesablamalarına görə, qeyri-yaşayış obyektlərində həm satış, həm də icarə qiymətləri aşağı düşür. Ötən bir ildə Bakıda haradasa 23 faizlik ucuzlaşma müşahidə olunub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər