RSS
 

Login:
Şifrə:
» » Bakıya buraxılmayan rayonlular - Problem dərinləşir

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Bakıya buraxılmayan rayonlular - Problem dərinləşir

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-10-2015, 15:53 | Şərh sayı: (0) | Baxılıb: 356

Bakıya buraxılmayan rayonlular - Problem dərinləşir


Bakıya buraxılmayan rayonlular - Problem dərinləşir


"Əvvəllər rayondan gətirdiyim məhsulları Bakıda yaxşı sata bilirdim. Heç bir problem də yaşamırdım. Nə yalan deyim, alıcılıq qabiliyyəti də yaxşı idi. Ancaq indi rayondan Bakıya gəlmək başdan-ayağa əziyyətdir. Gündə bir qadağa çıxarırlar. İndi də deyirlər ki, rayon qeydiyyatlı maşınlar Bakıya buraxılmasın. Bu mədəni şəkildə rayondan gələn insanların Bakıya buraxılmaması deməkdir. Sıxlıq-filan boş şeydir", - 55 yaşlı İmişli rayon sakini Muxtar Ağayev belə deyir.

Milli.Az xəbər verir ki, "Bizim Yol" qəzetinin hazırladığı materiala görə, M.Ağayev rayon maşınlarının Bakıya buraxılmaması haqda verilən qərardan narazıdır. O, insanlar arasında ayrı-seçkilik salındığını deyir. O, bu haqsızlığın aradan qaldırılmasını tələb edir: "Yaxşı, deyirlər, gəlməyin, gəlməyək. Ancaq biri bizə desin ki, rayonda işimizi necə quraq? Nələr edə bilərik axı? Nə alıcılıq qabiliyyəti var, nə iş yerləri var, nə də bizə kömək edib, yol göstərən kimsə. Cavanlar belə özlərinə güclə iş tapırlar. İş tapmayanlar da Bakıya üz tuturlar. Sonra hamımız cavanları qınayırıq ki, dədə-baba yurdunu atıb getdi. Yaxşı, bu yazıq burada neynəsin? Gözləsin ki, nə vaxt yaşı çatıb öləcək? Bizim vaxtımızda belə deyildi. Birtəhər başımızı bir işlə qatırdıq. Ancaq indi zəmanə dəyişilib. Hər şey təmiz fərqlidir. Hamı maraqlı həyat istəyir. Hamı normal pul qazanmaq istəyir. Çünki millət əziyyət çəkməkdən yorulub artıq".

Qeyd edək ki, rayon qeydiyyatında olan minik avtomobillərinin gündüz saatlarında Bakıya buraxılmaması ilə bağlı tələb sentyabrın 15-dən qüvvəyə minib. Baş nazirin müavini, Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov jurnalistlərə açıqlamasında deyib ki, yol polislərinə xəstə insanların olduğu minik avtomobillərinin Bakıya buraxılmasında heç bir problemin olmaması barədə tapşırıq verilib: "Bu sahədə heç bir problem ola bilməz. Sadəcə, ilk növbədə insanların sağlamlığını düşünməliyik. Bütün gün yollardakı problemlərdən danışırıq. Kim deyir ki, paytaxta giriş bağlıdır? Bu, səhv düşüncədir. Kim istəyir, minik avtomobili ilə axşam, ya da avtobusla gündüz gəlsin. Ya da minik avtomobilini şəhərin cənub, yaxud şimal çıxışında duracaqda qoyub, şəhərə avtobusla, metro, taksi ilə gündüz gəlsin. Bununla bağlı 3 duracaq olacaq, bu duracaqlardan 2-si sentyabrın 15-dək istifadəyə veriləcək. Duracaqda tam şərait var. Duracaqlar pulsuz fəaliyyət göstərəcək. Avtobusla şəhərə gəlsinlər, işlərini görüb, geri qayıtsınlar. Bunun nəyi pisdir?"

Rayondan tez-tez Bakıya gəlib-gedən vətəndaşlar yaranmış vəziyyətin onlara çətinlik yaratdığını, işlərinə sərf etdikləri zamanın isə artdığını deyir. Uzun illərdir Bakıda yaşayan, əslən isə Qazaxdan olan Tahir Seyidov deyir ki, tıxacları bəhanə edərək insanların Bakıya girişini azaltmaq istəyirlər. Bakı yalnız bakılılar üçün olsun deyirlər: "Uzun illərdir burada yaşayıram, işləyirəm. Ancaq rayon qeydiyyatındayam. Maşınımın da seriya nömrəsi rayona məxsusdur. İndi deyirlər ki, sən bu maşınla Bakıda gəzmə. Rayona getdinsə gələndə maşınını kənarda saxla, avtobusla gəl. Hər kəs başa düşür ki, şəhərdə insanları azaltmaq istəyirlər. Yaxşı, mən qayıdım gedim öz rayonuma. Orada nə edə biləcəm? Ailəmi necə dolandıracam? Əgər rayondakı şərait Bakıdan yaxşı olsa, inanın, heç kim Bakıya üz tutmaz. Ancaq bizdə inkişaf yalnız Bakı daxilində gedir. Elə bil Azərbaycan təkcə Bakıdan ibarətdir. İndi də deyirlər ki, niyə burada adam çoxdur?"

İqtisadçı ekspert Natiq Cəfərli "Bizim Yol" qəzetinə şərhində bildirdi ki, rayon maşınları ilə bağlı qadağa Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Konstitusiyada insanların ölkə daxilində sərbəst hərəkət etməsi təsbit olunub: "Əgər normal hüquq sistemimiz olsa idi, Konstitusiya Məhkəməsində iddia qaldırıb, məhkəmədən bununla bağlı şərh almaq lazımdır. Çox ciddi məsələdir. Ancaq təəssüf ki, belə bir müraciətin olub-olmaması haqqında məlumatım yoxdur. O ki qaldı regionların iqtisadi vəziyyətinə, rəsmi statistik məlumatlarda bu öz əksini tapıb. Ölkənin ümumdaxili məhsulunun 90 faizə yaxını Bakı və Abşeron rayonunda formalaşır. Xarici ticarətin 94 faizi Bakı və Abşeron rayonunun payına düşür. Yəni iqtisadi aktivlik Bakıda və Abşeronda özünü büruzə verir. Regionlardan Bakıya gələn insanlar öz doğma torpaqlarını, evlərini qoyub paytaxtda kirayə qalmağa ona görə razı olurlar ki, iş tapsınlar. İnsanlar Bakıya bulvarı, yeni tikililəri görməyə gəlmirlər".

N.Cəfərlinin sözlərinə görə, gələcəkdə Bakıda da iş yerlərinin qapanması, iqtisadi aktivliyin zəifləməsi müşahidə olunacaq: "Büdcə xərclərinin 4 milyard azalması əmək bazarına çox ciddi şəkildə təsir göstərəcək. Hökumət çoxdan düşünməli idi ki, əmək bazarında yaranmış gərginliyin həlli üçün hansı addımlar atılmalıdır. İki dəfə regionların inkişaf planı qəbul olunub. Ancaq regionların nə ümumidaxili məhsulda, nə büdcənin formalaşdırılmasında payı artmayıb. Yəni büdcədə regionların payı 3-4 faizi keçmir. Bunun özü göstərir ki, regionlarda iqtisadi vəziyyət hansı durumdadır. Azərbaycan hökuməti bununla bağlı ciddi planlar hazırlayıb, həyata keçirməli idi. Çox təəssüf ki, iki dəfə qəbul olunmuş regionların inkişaf planı tezislərdən və pafoslu sözlərdən uzağa gedə bilmədi. Regionlar ölkənin iqtisadi həyatında rol ala bilmədi. Ona görə də təbii ki, həm regionlarda, həm də Bakıda ciddi şəkildə gərginlik yaranacaq. O mənada ki, iş yerlərinin azaldılması insanların işsiz qalması, işsizlərin sayının artmasına səbəb olacaq".

"Hökumət bunu öncədən görsə idi, regionlarda daha cazibədar bir şərait yaratmalı idi ki, insanlar Bakıya gəlməsinlər və orada qalıb öz fəaliyyətləri ilə məşğul olsunlar. Cazibəli şərait nədən ibarət ola bilərdi? Ciddi şəkildə vergi güzəştləri olmalı idi, xarici ticarət asanlaşdırılmalı, insanların daha çox regionlarda iş qurmasına təşviq planları olmalı, faizsiz kreditlər olmalı idi və s. Dünya bu yolu çoxdan keçib. Məsələn, qonşu Türkiyədə 4 hissəyə ayrılıb ölkə. 4-cü region - yəni mərkəzdən daha kənarlarda iş quran istehsalla, turizmlə, kənd təsərrüfatı ilə məşğul olan iş adamlarına çox böyük vergi güzəştləri, faizsiz kreditlər tətbiq olunur. Bu da bir stimul yaradır. İnsanlar İstanbula, Ankaraya, Bursaya axışmasınlar və öz regionlarında iş qurmağa çalışsınlar. Bunun özü illərlə aparılmalı olan planın tərkib hissəsi olmalı idi. Təəssüf ki, bizdə belə deyil. Yaxın gələcəkdə isə daha da gərgin bir vəziyyətin şahidi olacağıq", - deyə N.Cəfərli bildirib.

Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da bildirdi ki, regionlarda vəziyyət çox gərgindir. Ekspertin sözlərinə görə, əhalinin bir hissəsi vaxtı ilə Rusiyaya və digər ölkələrə üz tutmuşdular: "Həmin ölkələrdə çalışmaqla ailələrini dolandıra bilirdilər. Ancaq son zamanlar Rusiyada və digər ölkələrdə problemlər yaranıb. Bizim regionda yaşayan əhalinin çox hissəsi, demək olar ki, geri qayıdıb. Elə işsizlərin sayı regionlarda artıb. Həm də bölgələrdə istehsal kifayət qədər olmadığından, yəni məhsuldarlıq aşağı olduğundan, bazara giriş olmadığı, həm də hökumət idxala meylli olduğu üçün çox ciddi problemlər yaranıb. Bir tərəfdən əhalinin gəliri azalıb, digər tərəfdən isə işsizlərin sayı çoxalıb. Bu kənddə yaşayan əhalinin sosial durumuna çox ciddi təsir göstərib. Yeni iş yerlərinin yaradılması, kənddə emal müəssisələrinin açılması və kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün hökumətin hər hansı bir təşəbbüsü ortalıqda yoxdur. Onsuz da bizdə rayonlarda əhali sıxlığı var idi. Bilirsiniz ki, Azərbaycanda kənddə yaşayanlar əhalinin 47 faizini təşkil edir. Bu da çox ciddi problemdir".

V.Məhərrəmovun sözlərinə görə, kənd təsərrüfatı ilə məşğul olan əhalinin 35 faizdən çox olması da ciddi problemə səbəb olur: "Həm məhsul istehsalı kifayət qədər deyil ki, əhalinin tələbatını təmin edə bilsin, həm də kənddə olan əhalinin təbii artımı şəhərlə müqayisədə yüksəkdir. Təəssüflər olsun ki, ölkənin neft gəlirlərindən əldə etdiyi vəsaitləri regionların inkişafına deyil, daha çox şəhərlərin və rayon mərkəzlərinin abadlaşdırılmasına xərclənib. Bu vəsaitlər kənddə emal müəssisələrinin, xüsusi ilə kənd təsərrüfatı məhsullarının emalı, pambıqçılığın inkişafına yönəlməli idi. Xüsusilə pambıqçılığın inkişafına önəm verilməli idi. Çünki bu sahə əmək tutumlu və əlavə dəyər yaradan sahədir. Yəni yüngül sənayenin inkişafına önəm vermək olardı. Bütün bunlar, demək olar ki, vaxtında öz həllini tapmadı. İndi də problem dərinləşir".

Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor