Nigeriyada şiələrin "qara şənbə" qətliamının pərdə arxası |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-12-2015, 02:30 | Şərh sayı: (0) | Baxılıb: 640
Nigeriyada şiələrin "qara şənbə" qətliamının pərdə arxası
Beynəlxalq şöbə: Nigeriyanın dövlət qoşunları şənbə gecəsi (12 dekabr 2015) bu ölkənin şiələrinin rəhbəri Şeyx Zəkzakinin evinə həmlə etmiş və qarşıdurma zamanı onlarla insanı şəhid etmiş və yaralamışlar.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk TV kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Nigeriyanın dövlət qoşunları şənbə gecəsi (12 dekabr 2015) bu ölkənin şiələrinin rəhbəri Şeyx Zəkzakinin evinə və həmçinin son günlərdə İŞİD-in xəlifəsi Əbu Bəkr Bağdadi ilə beyət etmiş Buko-Haram terroristlərinin öldürdüyü dostlarını təşyi etmək üçün Zarya şəhərinin Bəqiyyətullah Hüseyniyyəsinə əzadarlıq üçün toplanmış əzadarlara həmlə etmiş və qarşıdurma zamanı onlarla insanı şəhid etmiş və yaralamışlar.
"Əl-Vəqt" xəbər və informasiya portalının verdiyi məlumata görə dövlət qoşunlarının Bəqiyyətullah Hüseyniyyəsinə silahlı hücumu zamanı ən azı 30 nəfər yaralanmışdır.
Nigeriya "İslami Hərəkat"ının sözçüsü Nasir Ömət Təsafinin dediyinə görə, cənazə müşayətinə toplananlardan yeddi nəfəri yerində canını tapşırmış və digər 4 nəfər isə xəstəxanada keçiniblər.
Zeynə İbrahim (Şeyx Zəkzəkinin xanımı) informasiya agentlikləri ilə telefon söhbətində deyib ki, hazırda çölə güllə səsləri eşidilir, hücum şənbə günü gecədən başlayıb və bazar günü səhərə qədər davam edib.
Şahidlərin dediklərinə görə, bu hadisədə Şeyx Zəkzəkinin dostlarından 12 nəfər şəhid olublar. Şeyxin tutulmasının qarşısını almaq üçün canlı sədd çəkənlərdən 20 nəfərindən çoxu rejimin əsgərlərinin güllələri ilə ağır yaralanıblar və qoşun onların xəstəxana aparılmasına icazə verməyib.
İngiltərənin paytaxı London şəhərindəNigeriyanın komissarlığı önündə şiələrin qətliamına etiraz edənlər aksiya keçiriblər.
Buko-Haram terroristləri ilə bacarmayan Nigeriya dövlətinin şiələri qətliam etməsi isə pərdə arxasında başqa əllərin və dövlətini xaricdən göstəriş almasına işarədir. Çünki Şeyx Zəkzaki həmişə çıxışlarında dövlətin siyasi və iqtisadi fəsadlarından, dövlətin sionist rejimi ilə əlaqəsindən və Buko-Haramı gizlində dəstəkləməsindən söhbət etmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər