Dəhşətli kadrlar: qadını daşqalaq etdilər +21 |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 10:46 | Şərh sayı: (0) | Baxılıb: 276
Dəhşətli kadrlar: qadını daşqalaq etdilər +21
"Qışqırma! Ağlama! Zingildəmə, köpək! Cəzandır, çək!"
Bunu deyən orta yaşlı kişi əlindəki daşları boğazınadək yerə basdırılmış qadının başına vurub.
Daşqalaq olunan qadın az sonra həlak olub.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, "Ərəbistan yarımadasındakı Əl Qaida təşkilatı" ("Tənzim Qaidat əl Cihad fi Cəzirat əl Ərəb") qruplaşmasının üzvləri "əxlaqsızlıq və xəyanət"də suçladıqları 26 yaşlı qadına qarşı "rəcm" hökmü verərək onu daşqalaq ediblər.
Olay Yəmənin cənub-şərqindəki Əl Mükalla şəhərində baş verib.
"Ərəbistan yarımadasındakı Əl Qaida təşkilatı"nın "Şəriət Məhkəməsi"nin qazisinin dediyinə görə, bu qadının əxlaqsızlığına və xəyanətinə şahidlər var. Bundan başqa, daşqalaq olunan qadın "əxlaqsızlıq yuvası yaratmaq və qadınları fahişəliyə cəlb etmək"də də suçlanıb.
Yəməndəki "Əl Qaida"çılar Hədramaut bölgəsinin inzibati mərkəzi olan Əl Mükalla şəhərindəki qədim sufi pirlərini və məqbərələrini darmadağın ediblər.
Ötən həftə terrorçular Ədən şəhərində bir qadını cadugərlik və falçılıqda suçlayaraq edam ediblər. 11 kişi isə spirtli içkilər və narkotik maddələrdən istifadədə ittiham olunandan sonra güllələnib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər