Evlənmək istəyərkən qadın seçməyin üsulları |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 10-10-2015, 20:09 | Şərh sayı: (0) | Baxılıb: 1628
Evlənmək istəyərkən qadın seçməyin üsulları
İmam Sadiq (ə) buyurmuşdur:
Evə qadın gətirmək (yə'ni evlənmək) sanki boyunbağı salmaq kimidir. Bu məsələ barədə gərək diqqətli olasınız.Yaxşı və pis qadının heç birinin qiyməti yoxdur, belə ki, əgər yaxşı qadını dünyanın ən dəyərli daş-qaşı ilə müqayisə etsəniz o bu daş-qaşların hamısından daha dəyərli olacaq. Öz həyat yoldaşına sadiq olmayan qadın isə dünyadaki heç bir şeylə müqayisə olunmaz, hətta qara torpaq belə ondan dəyərli olar. Peyğəmbər (s) buyurmuşdur:
Qızlarınızı ərə verəndə onun öz xasiyyətində olan bir şəxsə ərə vetin və qız aldığınız zaman özünüz ve ya övladınızın xasiyyətinə uyğun alın. (Burada xasiyyət deyildikdə hər bir şey nəzərdə tutulur: yə'ni var-dövlət, ailə vəziyyəti, tərbiyə və əxlaq normaları və s.) Evləndikdə özünüzə münasib qadın tapın ki, gələcəkdə özünüzə layiq övladlar görəsiniz.
İmam Rza (ə) belə buyurmuşdur:
İnsanın xoşbəxtliyində biri də odur ki, onun qadını ağ olsun.
İmam Sadiq (ə) belə buyurmuşdur:
Elçiliyə göndərdiyiniz zaman üzünü soruşduğunuz kimi, qızın saçları barəsində də soruşun, çünki onun saçları gözəlliyinin yarısıdır.
İmam Sadiq (ə) buyurmuşdur:
Qadının yaxşı xüsusiyyətlərindən biri də odur ki, mehriyəsi az və doğuşu asan olsun.Pis xüsusiyyətlərindən biri də odur ki, mehriyəsi çox, doğuşu isə çətin olsun.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər