17 yaşlı qız İŞİD-dən qaçmaq istədi, şikəst qaldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-11-2015, 14:01 | Şərh sayı: (0) | Baxılıb: 285
17 yaşlı qız İŞİD-dən qaçmaq istədi, şikəst qaldı
Bosniya-Hersoqovinada doğulan, Avstriya vətəndaşı olan Səmra Kesinoviç İŞİD sıralarından qaçmaq istəyərkən tutulub və vəhşicəsinə döyülüb.
Ixlas.Az The İndependent-ə istinadən bildirir ki, bunu İŞİD-ə qoşulmaq üçün Suriyanın Rəqqa şəhərinə yollanmış 28 yaşlı tunisli qadın Twitter-dəki profilində yazıb.
Özünü "Binti Əli" adlandıran qadının yazdığına görə, Səmra və onun rəfiqəsi Səbinə ilə bir mənzildə yaşayırmış.
Səmra Kesinoviç 15 yaşlı rəfiqəsi Səbinə Selimoviç ilə ötən il Suriyaya yollanmışdı. İŞİD bu qızlardan təbliğat vasitəsi kimi istifadə edir, gənc avropalı qadınları sıralarına cəlb etmək məqsədilə "reklam simaları" qismində yararlanırdı.
Səbinə Selimoviç ötən ilin dekabrında Rəqqa bombalananda həlak olub.
Səmra və Səbinə 1990-cı ildə Avstriyaya qaçmış bosniyalı miqrantların ailəsində doğulublar.
Onlar Suriyanın Rəqqa şəhərinə yollanandan sonra iki İŞİD terrorçusunun "hərəmxana"larına düşmüşdülər.
Vəhşicəsinə döyülmüş Səmra Kesinoviçin ayaq və qol sümüklərinin sındırıldığı, ayağa dura bilmədiyi, eşitmə qabiliyyətini qismən itirdiyi iddia olunur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər