İŞİD-dən görünməmiş vəhşilik: 38 xəstə körpə edam olundu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-12-2015, 12:59 | Şərh sayı: (0) | Baxılıb: 388
İŞİD-dən görünməmiş vəhşilik: 38 xəstə körpə edam olundu
"İraq və Şam İslam Dövləti" (İŞİD) qəddarlığı, vəhşiliyi ilə tanınsa da, son əməli ilə vəhşət həddini də aşıb. İŞİD terrorçuları İraqın Mosul şəhərində və Suriyanın Rəqqa şəhərində doğulan, anadangəlmə Daun xəstəsi olan 38 körpəni edam ediblər.
Milli.Az Mosul Eye-a istinadən bildirir ki, İŞİD-in "Ali Şəriət Məhkəməsi" ötən həftə xüsusi fətva yayaraq bildirmişdi: "Anadangəlmə ağır fiziki qüsurları olan və ya Daun xəstəsi uşaqları qətlə yetirmək olar".
Fətvanın müəllifi əslən Səudiyyə Ərəbistanından olan "məhkəmə qazisi"sidir.
"Bu körpələrin əksəriyyətini İŞİD terrorçularının hərəmlərində olan qadınlar doğublar. Həmin qadınlar İraq, Suriya, habelə Asiya ölkələrinin vətəndaşlarıdır. Öldürülən Daun xəstəsi uşaqlar bir həftəlikdən tutmuş, 3 aylıq olublar. Bu körpələrin bəzilərini boğublar, bəzilərinə də zəhərli inyeksiya vurublar", - Mosul Eye məlumat verib.
Mosul Eye bloqunun müəllifinin İraqın Mosul şəhərində yaşağıdı bildirilir. Bu şəhər İŞİD-in nəzarətində olduğundan bloq müəlifi kimliyini açıqlamır.
Ötən ilin yayında İŞİD-in "Ali Şəriət Məhkəməsi" fətva verərək "Mosul və ətraf kəndlərdəki bütün qızlarla qadınlar sünnət olunmalıdır" demişdi.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər